quranm◉

Səhifə 56

Range
from 3:46 to 3:52
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

3:46

وَيُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗا وَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿46﴾

O, həm beşikdə ikən, həm də yetkin çağında insan­larla da­nı­şa­caq və sa­lehlərdən ola­caqdır.”

3:47

قَالَتۡ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخۡلُقُ مَا يَشَآءُۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿47﴾

Məryəm dedi: “Ey Rəb­bim! Mənə bir insan toxunma­dığı hal­da necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istə­di­yi­ni yaradır. O, bir işin ol­masını istədikdə, ona an­caq “Ol!”– de­yər, o da olar.”

3:48

وَيُعَلِّمُهُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ ﴿48﴾

Allah ona yazmağı, hik­məti, Töv­ratı və İncili öyrə­də­cək.

3:49

وَرَسُولًا إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنِّي قَدۡ جِئۡتُكُم بِـَٔايَةٖ مِّن رَّبِّكُمۡ أَنِّيٓ أَخۡلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيۡرَۢا بِإِذۡنِ ٱللَّهِۖ وَأُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ وَأُحۡيِ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِ ٱللَّهِۖ وَأُنَبِّئُكُم بِمَا تَأۡكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿49﴾

Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir. O deyə­cək­dir: “Mən sizə Rəb­binizdən bir möcüzə gətirmişəm. Sizin üçün pal­çıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ru, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldar və ölüləri diril­də­rəm. Evlərinizdə yedi­yiniz və yığıb sax­la­dığınız şeyləri sizə xəbər ve­rə­rəm. Əgər möminsi­nizsə, bilin ki, bunda sizin üçün bir də­lil var­dır.

3:50

وَمُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعۡضَ ٱلَّذِي حُرِّمَ عَلَيۡكُمۡۚ وَجِئۡتُكُم بِـَٔايَةٖ مِّن رَّبِّكُمۡ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ﴿50﴾

Məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyən olaraq və sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Mən sizə Rəbbiniz­dən bir dəlil gətir­dim. Allah­dan qor­xun və mənə itaət edin.

3:51

إِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ﴿51﴾

Həqiqətən, Allah mənim də Rəb­bim, sizin də Rəbbi­niz­dir. Elə isə Ona ibadət edin! Doğru yol da, budur!”

3:52

فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنۡهُمُ ٱلۡكُفۡرَ قَالَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشۡهَدۡ بِأَنَّا مُسۡلِمُونَ ﴿52﴾

İsa onlardakı küfrü hiss et­dikdə, dedi: “Allah yolunda kim­lər mənə yar­dımçı olacaq?” Həva­rilər dedilər: “Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz mü­səlmanıq!