quranm◉

Səhifə 593

Range
from 89:1 to 89:23
Surahs covered
Tərcümə
23 Tərcümə

◉

89:1

وَٱلۡفَجۡرِ ﴿1﴾

And olsun dan yerinə!

89:2

وَلَيَالٍ عَشۡرٖ ﴿2﴾

And olsun on gecəyə!

89:3

وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ ﴿3﴾

And olsun cütə və təkə!

89:4

وَٱلَّيۡلِ إِذَا يَسۡرِ ﴿4﴾

And olsun keçib getmək­də olan gecəyə!

89:5

هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ ﴿5﴾

Məgər bu andlar ağıl sa­hi­bi üçün kifayət deyilmi?

89:6

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿6﴾

Məgər görmədinmi ki, Rəbbin nə­lər etdi Ad qövmünə,

89:7

إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ ﴿7﴾

sütunlar sahibi İrəm qəbi­ləsinə –

89:8

ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ ﴿8﴾

halbuki, yer üzündə on­lar kimisi xəlq edilməmişdi;

89:9

وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ﴿9﴾

Habelə vadidə qayaları yo­nan Sə­mud qövmünə?

89:10

وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ ﴿10﴾

Eləcə də sütunlar sahibi Firona?

89:11

ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ ﴿11﴾

Onlar o kəslər idi ki, öl­kələrində həddi aşmış,

89:12

فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ ﴿12﴾

çoxlu fitnə-fəsad törət­miş­dilər.

89:13

فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ﴿13﴾

Rəbbin də onları əzabla qam­çı­ladı.

89:14

إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ ﴿14﴾

Həqiqətən, sənin Rəbbin nəzarət edir.

89:15

فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ﴿15﴾

İnsana gəlincə, Rəbbi onu sına­yıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram gös­tərdi!”– de­yər.

89:16

وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ ﴿16﴾

Amma onu sınamaq üçün ruzi­sini azaldanda: “Rəbbim mə­ni alçalt­dı!”– deyər.

89:17

كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ ﴿17﴾

Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsi­niz,

89:18

وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ﴿18﴾

kasıbı yedirməyə bir-bi­rinizi təh­rik etmirsiniz,

89:19

وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا ﴿19﴾

mirası hərisliklə yeyir­si­niz,

89:20

وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا ﴿20﴾

var-dövləti də hərisliklə sevir­siniz.

89:21

كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا ﴿21﴾

Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

89:22

وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا ﴿22﴾

sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

89:23

وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ﴿23﴾

və o gün Cəhənnəm gə­ti­riləcək. O gün insan günah­la­rı­nı xa­tır­laya­caq­. Lakin bu xa­tırlamanın ona nə fay­dası?