quranm◉

Surə Al-Fajr الفجر

#
89
↓
M
Ayə
30
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

89:1

وَٱلۡفَجۡرِ ﴿١﴾

And olsun dan yerinə!

89:2

وَلَيَالٍ عَشۡرٖ ﴿٢﴾

And olsun on gecəyə!

89:3

وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ ﴿٣﴾

And olsun cütə və təkə!

89:4

وَٱلَّيۡلِ إِذَا يَسۡرِ ﴿٤﴾

And olsun keçib getmək­də olan gecəyə!

89:5

هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ ﴿٥﴾

Məgər bu andlar ağıl sa­hi­bi üçün kifayət deyilmi?

89:6

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿٦﴾

Məgər görmədinmi ki, Rəbbin nə­lər etdi Ad qövmünə,

89:7

إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ ﴿٧﴾

sütunlar sahibi İrəm qəbi­ləsinə –

89:8

ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ ﴿٨﴾

halbuki, yer üzündə on­lar kimisi xəlq edilməmişdi;

89:9

وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ﴿٩﴾

Habelə vadidə qayaları yo­nan Sə­mud qövmünə?

89:10

وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ ﴿١٠﴾

Eləcə də sütunlar sahibi Firona?

89:11

ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ ﴿١١﴾

Onlar o kəslər idi ki, öl­kələrində həddi aşmış,

89:12

فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ ﴿١٢﴾

çoxlu fitnə-fəsad törət­miş­dilər.

89:13

فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ﴿١٣﴾

Rəbbin də onları əzabla qam­çı­ladı.

89:14

إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ ﴿١٤﴾

Həqiqətən, sənin Rəbbin nəzarət edir.

89:15

فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ﴿١٥﴾

İnsana gəlincə, Rəbbi onu sına­yıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram gös­tərdi!”– de­yər.

89:16

وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ ﴿١٦﴾

Amma onu sınamaq üçün ruzi­sini azaldanda: “Rəbbim mə­ni alçalt­dı!”– deyər.

89:17

كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ ﴿١٧﴾

Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsi­niz,

89:18

وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ﴿١٨﴾

kasıbı yedirməyə bir-bi­rinizi təh­rik etmirsiniz,

89:19

وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا ﴿١٩﴾

mirası hərisliklə yeyir­si­niz,

89:20

وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا ﴿٢٠﴾

var-dövləti də hərisliklə sevir­siniz.

89:21

كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا ﴿٢١﴾

Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

89:22

وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا ﴿٢٢﴾

sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

89:23

وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ﴿٢٣﴾

və o gün Cəhənnəm gə­ti­riləcək. O gün insan günah­la­rı­nı xa­tır­laya­caq­. Lakin bu xa­tırlamanın ona nə fay­dası?

89:24

يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي ﴿٢٤﴾

O: “Kaş axirət həyatım üçün əv­vəlcədən hazırlıq gö­rəy­dim!”– deyə­cək­.

89:25

فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ ﴿٢٥﴾

O gün heç kəs Allahın ver­diyi əzab kimi əzab verə bil­məz

89:26

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ ﴿٢٦﴾

və heç kəs Onun buxov­ladığı kimi buxovlaya bilməz.

89:27

يَـٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ ﴿٢٧﴾

O gün möminə deyilə­cək­: “Ey ar­xayın olan kəs!

89:28

ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ ﴿٢٨﴾

Razı qalmış və razılıq qa­zanmış halda öz Rəbbinə tərəf dön!

89:29

فَٱدۡخُلِي فِي عِبَٰدِي ﴿٢٩﴾

Mənim qullarımın cər­gə­sinə keç!

89:30

وَٱدۡخُلِي جَنَّتِي ﴿٣٠﴾

Cənnətimə daxil ol!