quranm◉

Səhifə 63

Range
from 3:101 to 3:108
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

3:101

وَكَيۡفَ تَكۡفُرُونَ وَأَنتُمۡ تُتۡلَىٰ عَلَيۡكُمۡ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمۡ رَسُولُهُۥۗ وَمَن يَعۡتَصِم بِٱللَّهِ فَقَدۡ هُدِيَ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿101﴾

Sizə Allahın ayələri oxun­­duğu halda, Onun Rəsulu da ara­nızda ikən, siz ne­cə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağ­la­nar­sa, həqi­qə­tən, doğru yola yönəlmiş olar.

3:102

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ ﴿102﴾

Ey iman gətirənlər! Allah­dan Ona layiq olan tərz­də qor­xun və ancaq mü­səlman oldu­ğu­nuz halda ölün!

3:103

وَٱعۡتَصِمُواْ بِحَبۡلِ ٱللَّهِ جَمِيعٗا وَلَا تَفَرَّقُواْۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَآءٗ فَأَلَّفَ بَيۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦٓ إِخۡوَٰنٗا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٖ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿103﴾

Hamınız Allahın ipin­dən möh­kəm yapışın və par­ça­lanma­yın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-bi­rinizə düş­mən idiniz, O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də bir-birinizlə qardaş oldu­nuz. Siz odlu bir çuxurun lap kə­na­rında ikən O, sizi on­dan xilas etdi. Allah Öz ayələrini sizə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönələsiniz.

3:104

وَلۡتَكُن مِّنكُمۡ أُمَّةٞ يَدۡعُونَ إِلَى ٱلۡخَيۡرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿104﴾

Qoy içinizdən xey­rə ça­ğıran, yaxşı işlər gör­məyi bu­yuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz on­lar ni­cat tapanlar­dır.

3:105

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ تَفَرَّقُواْ وَٱخۡتَلَفُواْ مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ عَظِيمٞ ﴿105﴾

Özlərinə aydın dəlillər gəl­­dik­dən sonra firqələrə ayrı­lıb ix­ti­laf edən­lər kimi olma­yın. On­ları böyük bir əzab göz­ləyir.

3:106

يَوۡمَ تَبۡيَضُّ وُجُوهٞ وَتَسۡوَدُّ وُجُوهٞۚ فَأَمَّا ٱلَّذِينَ ٱسۡوَدَّتۡ وُجُوهُهُمۡ أَكَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿106﴾

O gün neçə-neçə üzlər ağa­racaq, neçə-neçə üzlər də, qa­­ra­la­caq­dır. Üzləri qaralan kəs­lərə: “İman gətirdikdən sonra ka­firmi ol­du­nuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– de­yilə­cəkdir.

3:107

وَأَمَّا ٱلَّذِينَ ٱبۡيَضَّتۡ وُجُوهُهُمۡ فَفِي رَحۡمَةِ ٱللَّهِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿107﴾

Üzləri ağ olan kəslər isə Allahın mər­həməti içərisində ola­caq­ və onlar orada əbə­di qala­caqlar.

3:108

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعَٰلَمِينَ ﴿108﴾

Bunlar Allahın ayələridir ki, onları sənə haqq ola­raq oxu­yuruq. Allah aləmlərə zülm etmək istəməz.