quranm◉

Səhifə 62

Range
from 3:92 to 3:100
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

3:92

لَن تَنَالُواْ ٱلۡبِرَّ حَتَّىٰ تُنفِقُواْ مِمَّا تُحِبُّونَۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ ﴿92﴾

Sevdiyiniz şeylər­dən Allah yo­lunda xərcləməyin­cə xeyrə nail olmazsınız. Malınızdan nə xərclə­səniz, əlbəttə ki, Allah onu bilir.

3:93

كُلُّ ٱلطَّعَامِ كَانَ حِلّٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسۡرَـٰٓءِيلُ عَلَىٰ نَفۡسِهِۦ مِن قَبۡلِ أَن تُنَزَّلَ ٱلتَّوۡرَىٰةُۚ قُلۡ فَأۡتُواْ بِٱلتَّوۡرَىٰةِ فَٱتۡلُوهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿93﴾

Tövrat nazil olmamış­dan əvvəl İsrailin (Yəqubun) özünə ha­ram etdiklərindən savayı bü­tün yeməklər İsrail oğul­la­rı­na halal idi. De: “Əgər doğru danı­şanlarsınızsa, Töv­ratı gəti­rin və onu oxu­yun!”

3:94

فَمَنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ مِنۢ بَعۡدِ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿94﴾

Artıq kim bundan sonra Allaha qar­şı yalan uydurarsa, məhz on­lar zalımlardır.

3:95

قُلۡ صَدَقَ ٱللَّهُۗ فَٱتَّبِعُواْ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿95﴾

De: “Allah doğru söy­lə­mişdir. Elə isə İbrahimin hənif di­ninə tabe olun. O, müş­riklərdən deyildi.”

3:96

إِنَّ أَوَّلَ بَيۡتٖ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكٗا وَهُدٗى لِّلۡعَٰلَمِينَ ﴿96﴾

Həqiqətən, aləmlərə bə­rəkət və hidayət qaynağı kimi in­sanlar üçün ilk qu­rulan ev Bəkkə­dədir.

3:97

فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ﴿97﴾

Orada aydın nişanələr – İb­rahi­mın məqamı vardır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. Yolu­na gücü ça­tan hər kəsin müqəddəs Evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim bu­nu inkar edər­sə, bilsin ki, Alla­hın aləmlərə eh­ti­ya­cı yoxdur.

3:98

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعۡمَلُونَ ﴿98﴾

De: “Ey Kitab əhli! Allah si­zin et­dik­lərinizə şahid ol­du­ğu hal­da, nə üçün siz Allahın ayə­lərini inkar edir­si­niz?!”

3:99

قُلۡ يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ تَبۡغُونَهَا عِوَجٗا وَأَنتُمۡ شُهَدَآءُۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿99﴾

De: “Ey Kitab əhli! Siz haq­qa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri gös­tər­məyə çalışaraq iman gəti­rən­ləri Allah yo­lundan sapdırır­sı­nız?!” Halbuki, Allah sizin et­dik­lə­ri­nizdən qafil deyil­dir.

3:100

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ فَرِيقٗا مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ يَرُدُّوكُم بَعۡدَ إِيمَٰنِكُمۡ كَٰفِرِينَ ﴿100﴾

Ey iman gətirənlər! Əgər Kitab ve­rilənlərdən bir dəs­tə­yə itaət etsəniz, onlar sizi imanınızdan sonra döndə­rib ka­fir edərlər.