quranm◉

Səhifə 65

Range
from 3:116 to 3:121
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

3:116

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿116﴾

Kafirlərin nə malları, nə də öv­ladları, onlara Allah ya­nın­da heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləri­dir­lər və onlar ora­da əbədi qalacaqlar.

3:117

مَثَلُ مَا يُنفِقُونَ فِي هَٰذِهِ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَثَلِ رِيحٖ فِيهَا صِرٌّ أَصَابَتۡ حَرۡثَ قَوۡمٖ ظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَأَهۡلَكَتۡهُۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنۡ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿117﴾

Onların bu dünya hə­ya­tında sərf etdiklərinin misalı, öz­lə­ri­nə zülm edən adamların tar­lasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Allah on­la­ra zülm etmə­di, lakin onlar öz­ləri özlə­ri­nə zülm edirdirlər.

3:118

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ﴿118﴾

Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik.

3:119

هَـٰٓأَنتُمۡ أُوْلَآءِ تُحِبُّونَهُمۡ وَلَا يُحِبُّونَكُمۡ وَتُؤۡمِنُونَ بِٱلۡكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ عَضُّواْ عَلَيۡكُمُ ٱلۡأَنَامِلَ مِنَ ٱلۡغَيۡظِۚ قُلۡ مُوتُواْ بِغَيۡظِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿119﴾

Bax, siz o kəslərsiniz ki, on­lar sizi sev­mədiyi halda siz on­ları sevirsiniz. Siz nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. On­lar sizinlə rast­la­şan­da: “Biz də, iman gətirdik!”– deyir, tək­lik­də qa­lan­­da isə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. De: “Qəzəbiniz­dən ölün!” Şübhə­siz ki, Allah kökslər­də olanları bi­lir.

3:120

إِن تَمۡسَسۡكُمۡ حَسَنَةٞ تَسُؤۡهُمۡ وَإِن تُصِبۡكُمۡ سَيِّئَةٞ يَفۡرَحُواْ بِهَاۖ وَإِن تَصۡبِرُواْ وَتَتَّقُواْ لَا يَضُرُّكُمۡ كَيۡدُهُمۡ شَيۡـًٔاۗ إِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ ﴿120﴾

Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır.

3:121

وَإِذۡ غَدَوۡتَ مِنۡ أَهۡلِكَ تُبَوِّئُ ٱلۡمُؤۡمِنِينَ مَقَٰعِدَ لِلۡقِتَالِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿121﴾

Bir zaman sən Uhud­dakı döyüş­dən ötrü möminləri möv­qe­lə­rə yerləş­dirmək üçün sə­hər tezdən ailəndən ay­rılıb getmiş­din. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir!