quranm◉

Səhifə 66

Range
from 3:122 to 3:132
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

3:122

إِذۡ هَمَّت طَّآئِفَتَانِ مِنكُمۡ أَن تَفۡشَلَا وَٱللَّهُ وَلِيُّهُمَاۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿122﴾

O zaman sizlərdən iki dəstə ruh­dan düşməyə hazır idi­­lər. Allah isə onların yar­dım­çısı idi. Qoy mö­min­lər yalnız Alla­ha tə­vəkkül etsinlər.

3:123

وَلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ بِبَدۡرٖ وَأَنتُمۡ أَذِلَّةٞۖ فَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿123﴾

Siz zəif olduğunuz hal­da Allah, Bədrdə sizə yar­dım etdi. Elə isə Allah­dan qor­xun ki, bəlkə şükür edəsiniz.

3:124

إِذۡ تَقُولُ لِلۡمُؤۡمِنِينَ أَلَن يَكۡفِيَكُمۡ أَن يُمِدَّكُمۡ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُنزَلِينَ ﴿124﴾

O zaman sən möminlərə de­yir­din: “Rəbbinizin üç min mə­­lə­k endirərək köməyi­ni­zə çat­ması, sizə yet­məzmi?”

3:125

بَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُسَوِّمِينَ ﴿125﴾

Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər.

3:126

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ﴿126﴾

Allah bunu sizə sırf bir müj­də olsun və bunun sayəsində qəlbləriniz rahatlansın de­yə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdan­dır.

3:127

لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴿127﴾

Allah belə etdi ki, bununla kafirlərin bir qismini öldür­sün ya­xud on­ları alçaltsın və beləcə, mə­yus halda geri dön­sünlər, –

3:128

لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ ﴿128﴾

Bu işin sənə aidiyyəti yox­dur, – mü­səl­man olsalar onların töv­bə­sini qə­bul etsin və ya inkar etsələr onlara əzab ve­rsin. Çünki onlar za­lım­dırlar.

3:129

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿129﴾

Göylərdə və yerdə nə var­­sa, Allaha məxsusdur. O, istədi­yini ba­ğış­layar, is­tədiyinə də əzab ve­rər. Allah bağış­la­yandır, rəhmli­dir.

3:130

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿130﴾

Ey iman gətirənlər! Qat-qat ar­tırılmış sələmi ye­mə­yin! Allah­­dan qorxun ki, bəl­kə, nicat tapasınız.

3:131

وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ﴿131﴾

Kafirlər üçün hazır­lan­mış Od­dan çəkinin.

3:132

وَأَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿132﴾

Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun.