quranm◉

Səhifə 70

Range
from 3:154 to 3:157
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

3:154

ثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿154﴾

Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”

3:155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوۡاْ مِنكُمۡ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِ إِنَّمَا ٱسۡتَزَلَّهُمُ ٱلشَّيۡطَٰنُ بِبَعۡضِ مَا كَسَبُواْۖ وَلَقَدۡ عَفَا ٱللَّهُ عَنۡهُمۡۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ﴿155﴾

Uhudda iki qoşun qar­şı­laşdığı gün içərinizdən geri dönən­ləri şey­tan qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları ba­ğışladı. Həqi­qətən, Allah ba­ğış­la­yan­dır, həlimdir.

3:156

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ كَفَرُواْ وَقَالُواْ لِإِخۡوَٰنِهِمۡ إِذَا ضَرَبُواْ فِي ٱلۡأَرۡضِ أَوۡ كَانُواْ غُزّٗى لَّوۡ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجۡعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسۡرَةٗ فِي قُلُوبِهِمۡۗ وَٱللَّهُ يُحۡيِۦ وَيُمِيتُۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿156﴾

Ey iman gətirənlər! Yer üzündə sə­fə­rə çıxmış və ya döyüşə get­miş qardaş­ları barəsində: “Əgər onlar bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər”– deyən kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində bir həsrət ol­sun deyə yaratdı. Halbuki, Dirildən də, öl­dürən də, Allah­dır. Allah nə etdiklə­ri­nizi görür.

3:157

وَلَئِن قُتِلۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ أَوۡ مُتُّمۡ لَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرَحۡمَةٌ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ﴿157﴾

Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allahın məğfirəti və rəhməti onların topladıqları şey­lər­dən da­ha xeyirlidir.