quranm◉

Səhifə 69

Range
from 3:149 to 3:153
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

3:149

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تُطِيعُواْ ٱلَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ ﴿149﴾

Ey iman gətirənlər! Əgər ka­fir­lərə itaət etsəniz, onlar si­zi dininizdən geri döndərər və beləliklə də, siz zi­yana uğramış hal­da geri dönərsiniz.

3:150

بَلِ ٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ خَيۡرُ ٱلنَّـٰصِرِينَ ﴿150﴾

Halbuki, sizin himayəçiniz Allahdır. O, kömək edən­lə­rin ən yax­şısıdır.

3:151

سَنُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ بِمَآ أَشۡرَكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗاۖ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَبِئۡسَ مَثۡوَى ٱلظَّـٰلِمِينَ ﴿151﴾

Haqqında heç bir dəlil na­­zil et­mədiyi şeyi Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə qorxu salacağıq. On­ların gedəcəkləri yer Od­dur. Zalım­la­rın məskunlaşacağı yer nə pisdir!

3:152

وَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ ﴿152﴾

Siz Allahın izni ilə düş­­mənlərinizi qı­rıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini ye­ri­nə yetir­di. Nəhayət, Allah sizə istədi­yiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Pey­ğəmbərin əmri ba­­rəsində bir-bi­rinizlə mü­bahisə etdi­niz və asi oldunuz. İçə­riniz­dən kimisi dün­yanı, kimisi də axi­rəti istə­yirdi. Sonra Allah sizi sı­na­maq üçün üzünüzü onlardan dön­dər­di. O, artıq sizi əfv etdi. Allah mö­minlərə qarşı lütf­kar­dır.

3:153

إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿153﴾

O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır.