quranm◉

Səhifə 73

Range
from 3:174 to 3:180
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

3:174

فَٱنقَلَبُواْ بِنِعۡمَةٖ مِّنَ ٱللَّهِ وَفَضۡلٖ لَّمۡ يَمۡسَسۡهُمۡ سُوٓءٞ وَٱتَّبَعُواْ رِضۡوَٰنَ ٱللَّهِۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَظِيمٍ ﴿174﴾

Beləcə, özlərinə heç bir pis­lik to­xunmadan, Allahın ne­məti və lütfü sayəsində ge­ri dön­dülər və beləliklə də, Alla­hın rizasına uydular. Allah bö­yük lütf sahibidir.

3:175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيۡطَٰنُ يُخَوِّفُ أَوۡلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿175﴾

Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Mömin­si­nizsə, onlardan qorxmayın, Mən­­dən qorxun!

3:176

وَلَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِۚ إِنَّهُمۡ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۚ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجۡعَلَ لَهُمۡ حَظّٗا فِي ٱلۡأٓخِرَةِۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ﴿176﴾

Küfrə can atanlar səni kə­dər­lən­dirməsin. Çünki onlar Alla­ha heç bir zərər yetirə bil­məzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib et­mə­sin. Onlar üçün böyük bir əzab vardır.

3:177

إِنَّ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿177﴾

Doğrudan da, imanı əl­dən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır.

3:178

وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّمَا نُمۡلِي لَهُمۡ خَيۡرٞ لِّأَنفُسِهِمۡۚ إِنَّمَا نُمۡلِي لَهُمۡ لِيَزۡدَادُوٓاْ إِثۡمٗاۖ وَلَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿178﴾

Kafirlər elə güman et­mə­sinlər ki, onlara möh­lət ver­məyi­miz onların xe­yrinədir. Biz onlara ancaq gü­nah­larını ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün alçaldıcı bir əzab vardır.

3:179

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلۡمُؤۡمِنِينَ عَلَىٰ مَآ أَنتُمۡ عَلَيۡهِ حَتَّىٰ يَمِيزَ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطۡلِعَكُمۡ عَلَى ٱلۡغَيۡبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجۡتَبِي مِن رُّسُلِهِۦ مَن يَشَآءُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ فَلَكُمۡ أَجۡرٌ عَظِيمٞ ﴿179﴾

Allah möminləri sizin hazırda ol­du­ğu­nuz vəziyyət­də tərk edən de­yil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bil­dirən de­yil­dir. La­kin, Allah Öz elçi­lə­rin­dən istə­diyini seçər. Elə isə Alla­­ha və Onun elçi­lərinə iman gə­ti­rin! Əgər iman gətirib Allahdan qorx­sa­nız, sizin üçün böyük bir mü­ka­fat vardır.

3:180

وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ يَبۡخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦ هُوَ خَيۡرٗا لَّهُمۖ بَلۡ هُوَ شَرّٞ لَّهُمۡۖ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِۦ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿180﴾

Allahın Öz lütfündən bəxş etdi­yini xərcləməyə xəsis­lik edən­ kimsə­lər elə gü­man etməsin­lər ki, bu, on­ların xeyrinə­dir. Ək­sinə, bu, onların zərərinədir. On­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü bo­yun­larına do­la­nacaqdır. Göy­lə­rin və yerin mi­rası Allaha məx­sus­dur. Allah nə etdiklərinizdən xəbər­dar­dır.