quranm◉

Səhifə 75

Range
from 3:187 to 3:194
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

3:187

وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكۡتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمۡ وَٱشۡتَرَوۡاْ بِهِۦ ثَمَنٗا قَلِيلٗاۖ فَبِئۡسَ مَا يَشۡتَرُونَ ﴿187﴾

Allah Kitab ve­ri­lən­lərdən: “Siz o ki­ta­bı mütləq insanlara açıqlayacaqsınız və onu giz­lət­məyə­cək­si­niz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qu­laq­ardına vurub onu ucuz qiy­mətə satdılar. On­la­rın bu al­ış-ve­rişi necə də pisdir!

3:188

لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ يَفۡرَحُونَ بِمَآ أَتَواْ وَّيُحِبُّونَ أَن يُحۡمَدُواْ بِمَا لَمۡ يَفۡعَلُواْ فَلَا تَحۡسَبَنَّهُم بِمَفَازَةٖ مِّنَ ٱلۡعَذَابِۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿188﴾

Etdikləri əməllər­ə görə sevi­nən və etmədikləri iş­lə­rə gö­­rə tərif olun­mağı xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

3:189

وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿189﴾

Göylərin və yerin hökm­­­ran­lığı Allaha məxsusdur. Allah hər şeyə qa­dir­dir.

3:190

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿190﴾

Həqiqətən, göylərin və ye­­rin yaradılışında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində ağıl sahibləri üçün dəlillər var­dır.

3:191

ٱلَّذِينَ يَذۡكُرُونَ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِهِمۡ وَيَتَفَكَّرُونَ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ ﴿191﴾

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nan­da da Allahı yad edər, göy­lərin və yerin yaradılışı haq­­qında düşü­nər­ və deyərlər: “Ey Rəbbi­miz! Sən bunları əbəs ye­rə yaratmamı­san. Sən pak və müqəd­dəssən. Bizi Odun əza­bından qo­ru!

3:192

رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٖ ﴿192﴾

Ey Rəbbimiz! Sən Oda sal­dığın kəsi, əlbəttə, rəzil etmiş olarsan. Za­lım­ların heç bir kö­məkçisi olmaz.

3:193

رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ ﴿193﴾

Ey Rəbbimiz! Həqiqə­tən, biz: “Rəbbinizə iman gə­ti­rin!”– de­yə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbi­miz! Günah­ları­mızı bi­zə bağışla, təqsirləri­mizdən keç və ca­nımızı yaxşılarla bir yer­də al!

3:194

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ ﴿194﴾

Ey Rəbbimiz! Öz elçi­lə­rinin va­si­təsi ilə vəd et­diklə­rini bizə ver və Qi­yamət günü bizi rəzil etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”