quranm◉

Səhifə 76

Range
from 3:195 to 3:200
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

3:195

فَٱسۡتَجَابَ لَهُمۡ رَبُّهُمۡ أَنِّي لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٖ مِّنكُم مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰۖ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۖ فَٱلَّذِينَ هَاجَرُواْ وَأُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأُوذُواْ فِي سَبِيلِي وَقَٰتَلُواْ وَقُتِلُواْ لَأُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَأُدۡخِلَنَّهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ ثَوَابٗا مِّنۡ عِندِ ٱللَّهِۚ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلثَّوَابِ ﴿195﴾

Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı iş­lər gö­rən – istər kişi, istərsə də qa­dın olsun, – heç bir kə­­sin əmə­yini puç etmə­rəm. Siz bir-bi­ri­nizdənsiniz. Hicrət edənlə­rin, öz yurd­la­rından çıxarılan­ların, Mə­nim yolum­da əziy­yə­tə düçar olan­ların, vu­ruşan­la­rın və öldü­rü­lən­lərin, əlbəttə, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı al­tın­dan çaylar axan cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Gözəl mü­kafat məhz Allah yanın­dadır”.

3:196

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُواْ فِي ٱلۡبِلَٰدِ ﴿196﴾

Qoy kafirlərin rifah içində diyarbə­di­yar gə­zib dolaşması səni al­dat­ma­sın!

3:197

مَتَٰعٞ قَلِيلٞ ثُمَّ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ ﴿197﴾

Bu, az bir mənfəətdir. Son­ra isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Ora nə pis ya­taqdır!

3:198

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلٗا مِّنۡ عِندِ ٱللَّهِۗ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ لِّلۡأَبۡرَارِ ﴿198﴾

Fəqət öz Rəbbindən qorxan­lar üçün, Allah­dan bir ziyafət olaraq, altından çay­lar axan, içində əbədi qalacaq­ları cən­nətlər vardır. Alla­h ya­nın­da olan nemət­­lər yaxşılar üçün daha xeyir­lidir.

3:199

وَإِنَّ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَمَن يُؤۡمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡكُمۡ وَمَآ أُنزِلَ إِلَيۡهِمۡ خَٰشِعِينَ لِلَّهِ لَا يَشۡتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿199﴾

Doğrusu, Kitab əhlin­dən elələ­ri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də öz­­lə­rinə nazil edi­lənə, Allaha müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz qiy­mətə satmazlar. Məhz on­­ların öz Rəb­bi yanında mükafatları var­dır. Şüb­həsiz ki, Allah tez haqq-he­sab çəkəndir.

3:200

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿200﴾

Ey iman gətirənlər! Sə­­bir edin, düşmən qarşısında dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə ni­cat tapası­nız!