quranm◉

Səhifə 80

Range
from 4:15 to 4:19
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

4:15

وَٱلَّـٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا ﴿15﴾

Qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd şahid gətirin! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­ya­tına son qoyana­dək, ya­xud Allah onlar üçün bir yol aça­na­dək evlərdə həbs edin.

4:16

وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا ﴿16﴾

Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir.

4:17

إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ﴿17﴾

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

4:18

وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَـٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ﴿18﴾

Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərlə ka­fir kimi ölən­lərin tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.

4:19

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا ﴿19﴾

Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun.