quranm◉

Surə An-Nisa 4:19

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا ﴿١٩﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun.
— Alikhan Musayev
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞