quranm◉

Səhifə 84

Range
from 4:34 to 4:37
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

4:34

ٱلرِّجَالُ قَوَّـٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّـٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّـٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا ﴿34﴾

Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Öz­ba­şı­na­lıq etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra nəsihət edin, bunun fay­dası olmadığı təqdirdə, ya­taqda onları tərk edin, bu da fayda ver­məzsə, onları dö­yün! Əgər sizə itaət etsələr, on­lara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah ucadır, bö­yükdür.

4:35

وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا ﴿35﴾

Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda ki­şinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xə­bərdardır.

4:36

وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا ﴿36﴾

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrə­ba­ya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kö­lə və kənizlərə yax­şı­lıq edin! Həqi­qə­tən, Allah lov­ğalıq edən­­ləri və özü­nü öyən­ləri sevmir.

4:37

ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ﴿37﴾

O kəslər ki, xəsislik edir və in­san­ları da xəsisliyə sövq edir­lər, Alla­hın Öz lüt­fün­dən on­lara verdiyini giz­lə­dir­lər. Biz ka­fir­lər üçün alçaldıcı bir əzab ha­zırlamışıq.