quranm◉

Səhifə 88

Range
from 4:60 to 4:65
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

4:60

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا ﴿60﴾

Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gə­tir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğın­lığa sal­maq istəyir.

4:61

وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيۡتَ ٱلۡمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودٗا ﴿61﴾

Onlara: “Allahın nazil et­diyinə və Rəsuluna tərəf gə­lin!”– de­yil­dikdə, mü­nafiqlərin sən­dən tamamilə üz çevir­dik­­lə­rini gö­rər­­sən.

4:62

فَكَيۡفَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ ثُمَّ جَآءُوكَ يَحۡلِفُونَ بِٱللَّهِ إِنۡ أَرَدۡنَآ إِلَّآ إِحۡسَٰنٗا وَتَوۡفِيقًا ﴿62﴾

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz ver­dikdən son­ra sənin ya­nına gə­lib: “Biz ancaq yax­şı­lıq etmək və mü­bahisə edənləri ba­rış­dır­maq is­tədik!”– deyə Alla­ha and içdik­də, onla­rın halı ne­cə olacaq?

4:63

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَعۡلَمُ ٱللَّهُ مَا فِي قُلُوبِهِمۡ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَعِظۡهُمۡ وَقُل لَّهُمۡ فِيٓ أَنفُسِهِمۡ قَوۡلَۢا بَلِيغٗا ﴿63﴾

Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində olanı bilir. Elə isə on­lardan üz dön­dər, on­la­ra öyüd-nəsihət ver və onlara öz­ləri ba­rə­sində təsirli söz söylə.

4:64

وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذۡنِ ٱللَّهِۚ وَلَوۡ أَنَّهُمۡ إِذ ظَّلَمُوٓاْ أَنفُسَهُمۡ جَآءُوكَ فَٱسۡتَغۡفَرُواْ ٱللَّهَ وَٱسۡتَغۡفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُواْ ٱللَّهَ تَوَّابٗا رَّحِيمٗا ﴿64﴾

Biz hər bir elçini, – Alla­hın iz­ni ilə, – məhz itaət edilsin de­yə gön­dərdik. Əgər onlar öz­lə­ri­nə zülm etdikləri za­man sə­nin ya­nı­­na gəlib Allah­dan ba­ğış­lan­ma di­ləsəy­dilər və Pey­ğəmbər də on­lar üçün ba­ğış­lanma di­ləsəy­di, əl­bət­tə ki, Alla­hın tövbələri qəbul edən və rəhmli oldu­ğunu görərdilər.

4:65

فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا ﴿65﴾

Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə içlə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar.