quranm◉

Səhifə 89

Range
from 4:66 to 4:74
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

4:66

وَلَوۡ أَنَّا كَتَبۡنَا عَلَيۡهِمۡ أَنِ ٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ أَوِ ٱخۡرُجُواْ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٞ مِّنۡهُمۡۖ وَلَوۡ أَنَّهُمۡ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَشَدَّ تَثۡبِيتٗا ﴿66﴾

Əgər onlara: “Özü­nü­zü öldü­rün, ya­xud yurdlarınız­dan çı­xın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna ol­maqla, bunu yerinə yeti­rməzdilər. Əgər on­lar öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, əl­bət­tə, bu, onlar üçün da­ha xe­yir­li və sa­bitlik baxımından da­ha güclü olardı.

4:67

وَإِذٗا لَّأٓتَيۡنَٰهُم مِّن لَّدُنَّآ أَجۡرًا عَظِيمٗا ﴿67﴾

Onda Biz də onlara Öz tə­rə­fi­miz­dən böyük bir müka­fat ve­rər

4:68

وَلَهَدَيۡنَٰهُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ﴿68﴾

və onları doğru yola yö­nəl­dər­dik.

4:69

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُوْلَـٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّـٰلِحِينَۚ وَحَسُنَ أُوْلَـٰٓئِكَ رَفِيقٗا ﴿69﴾

Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın ne­mət bəxş et­di­yi pey­ğəm­bər­lər­, siddiqlər, şə­hid­lər və əməli­sa­leh­lərlə bir­likdə olarlar. Onlar necə də gözəl dost­lardır!

4:70

ذَٰلِكَ ٱلۡفَضۡلُ مِنَ ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمٗا ﴿70﴾

Bu lütf Allahdandır. Hər şeyi bi­lən olaraq Allah yetər.

4:71

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ خُذُواْ حِذۡرَكُمۡ فَٱنفِرُواْ ثُبَاتٍ أَوِ ٱنفِرُواْ جَمِيعٗا ﴿71﴾

Ey iman gətirənlər! Eh­ti­yatınızı əldən verməyin və düş­mənə qar­şı ya bö­lük­-bölük, ya da hamı­nız birgə çıxın!

4:72

وَإِنَّ مِنكُمۡ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنۡ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَالَ قَدۡ أَنۡعَمَ ٱللَّهُ عَلَيَّ إِذۡ لَمۡ أَكُن مَّعَهُمۡ شَهِيدٗا ﴿72﴾

İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə: “Allah mə­nə lütf etdi ki, mən on­larla birlikdə bəlaya düçar ol­madım”– deyər.

4:73

وَلَئِنۡ أَصَٰبَكُمۡ فَضۡلٞ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمۡ تَكُنۢ بَيۡنَكُمۡ وَبَيۡنَهُۥ مَوَدَّةٞ يَٰلَيۡتَنِي كُنتُ مَعَهُمۡ فَأَفُوزَ فَوۡزًا عَظِيمٗا ﴿73﴾

Əgər Allahdan sizə bir lütf yeti­şərsə, sanki si­zin­lə onun ara­sında heç bir dostluq yox­muş kimi: “Kaş mən də on­lar­la birlik­də olub böyük bir uğur qa­zanaydım!”– deyər.

4:74

فَلۡيُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشۡرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۚ وَمَن يُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ فَيُقۡتَلۡ أَوۡ يَغۡلِبۡ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ﴿74﴾

Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yo­­lun­da vuruş­sun­lar. Kim Allah yo­lunda vuruşub öl­dü­rülərsə və ya qalib gə­lərsə, Biz ona bö­yük bir müka­fat verərik.