quranm◉

Səhifə 95

Range
from 4:102 to 4:105
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

4:102

وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا ﴿102﴾

Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır.

4:103

فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا ﴿103﴾

Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir.

4:104

وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ﴿104﴾

Kafir qövmü təqib et­mək­də zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir.

4:105

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا ﴿105﴾

Doğrusu, Allahın sənə göstərdiyi kimi in­san­lar arasında hökm ve­rə­sən deyə, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.