quranm◉

Səhifə 99

Range
from 4:128 to 4:134
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

4:128

وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴿128﴾

Əgər bir qadın öz əri­nin onu yola verməməsindən, yaxud ondan üz döndər­məsindən qor­­xarsa, ər-arvadın öz ara­la­rında an­laş­masında onlara günah gəlməz. Çünki bir-biri ilə anlaşmaq da­ha xeyirlidir. Doğ­rusu, nəfslər qısqanclığa meyillidir. Əgər qa­dınlarla yaxşı dav­ra­nıb Allah­dan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır.

4:129

وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ﴿129﴾

Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir.

4:130

وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا ﴿130﴾

Əgər ər-arvad ayrılsa­lar, Allah hər birini Öz lütfün­dən zən­gin edər. Allah geniş lütf və hikmət sahibidir.

4:131

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا ﴿131﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir.

4:132

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿132﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər.

4:133

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا ﴿133﴾

Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir.

4:134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا ﴿134﴾

Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir.