quranm◉

Səhifə 100

Range
from 4:135 to 4:140
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

4:135

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّـٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴿135﴾

Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz, yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır.

4:136

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا ﴿136﴾

Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, dərin bir az­ğınlığa düş­müşdür.

4:137

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ٱزۡدَادُواْ كُفۡرٗا لَّمۡ يَكُنِ ٱللَّهُ لِيَغۡفِرَ لَهُمۡ وَلَا لِيَهۡدِيَهُمۡ سَبِيلَۢا ﴿137﴾

Doğrusu, iman gə­ti­rib sonra kafir olan, yenə iman gə­ti­­rib sonra ka­fir olan, sonra da küfrlərini artıranları Allah bağış­lama­ya­caq və doğru yola yö­nəlt­məyəcəkdir.

4:138

بَشِّرِ ٱلۡمُنَٰفِقِينَ بِأَنَّ لَهُمۡ عَذَابًا أَلِيمًا ﴿138﴾

Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab var­dır.

4:139

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَيَبۡتَغُونَ عِندَهُمُ ٱلۡعِزَّةَ فَإِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعٗا ﴿139﴾

O kəslər ki, möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə dost tutur­lar. Onlar kafirlərin yanında izzətmi axtarır­lar? Hal­buki izzət ta­ma­mi­lə Allaha məxsusdur.

4:140

وَقَدۡ نَزَّلَ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ أَنۡ إِذَا سَمِعۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ يُكۡفَرُ بِهَا وَيُسۡتَهۡزَأُ بِهَا فَلَا تَقۡعُدُواْ مَعَهُمۡ حَتَّىٰ يَخُوضُواْ فِي حَدِيثٍ غَيۡرِهِۦٓ إِنَّكُمۡ إِذٗا مِّثۡلُهُمۡۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡكَٰفِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا ﴿140﴾

Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır.