quranm◉

Surah Az-Zumar (39) recited by Mishari Rashid al Afasy

Listen to Mishari Rashid al Afasy

Surah ◉

39:1

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ﴿1﴾

Bu Kitab Qüdrətli və Müd­rik Allah­dan nazil edilmişdir.

39:2

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ﴿2﴾

Biz Kitabı sənə bir həqi­qət kimi nazil etmişik. Sən də, dinin yal­nız Alla­ha məxsus ol­duğuna iman gətirərək Ona iba­dət et!

39:3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ﴿3﴾

Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz.

39:4

لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ﴿4﴾

Allah övlad götürmək fik­rində ol­saydı, xəlq etdiklərin­dən hər hansı bi­ri­ni seçərdi. O, pak­dır, müqəd­dəs­dir. O, Tək olan, hər şe­yə Qalib gələn Allah­dır.

39:5

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ ﴿5﴾

O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxta­dək hərəkət edir. O, Qüdrət­lidir, Bağışlayandır.

39:6

خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ ثُمَّ جَعَلَ مِنۡهَا زَوۡجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلۡأَنۡعَٰمِ ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۚ يَخۡلُقُكُمۡ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡ خَلۡقٗا مِّنۢ بَعۡدِ خَلۡقٖ فِي ظُلُمَٰتٖ ثَلَٰثٖۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُصۡرَفُونَ ﴿6﴾

Allah sizi tək bir nə­fər­dən yaratdı. Sonra onun özündən zöv­cə­sini yaratdı. O sizdən öt­rü səkkiz cüt heyvan endir­di. O sizi ana­la­rınızın bətnlərində üç zülmət içərisində yaranış ar­dından ya­ra­nı­şa salaraq yara­dır. Bu sizin Rəb­bi­niz olan Allah­dır. Mülk Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə də haqdan döndəri­lir­siniz!

39:7

إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿7﴾

Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qulla­rı­nın kafirlik etməsinə razı ol­maz. Əgər şükür et­sə­niz, buna görə siz­dən razı qalar. Heç bir gü­nah­kar başqasının günah yü­kü­nü da­şı­maz. Son­ra Rəbbi­ni­zin yanına qayıdacaq­sınız. O sizə nə etdik­lə­ri­nizi bildirə­cək­. Həqi­qə­tən, O, kökslərdə olanları bilir.

39:8

وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيۡهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعۡمَةٗ مِّنۡهُ نَسِيَ مَا كَانَ يَدۡعُوٓاْ إِلَيۡهِ مِن قَبۡلُ وَجَعَلَ لِلَّهِ أَندَادٗا لِّيُضِلَّ عَن سَبِيلِهِۦۚ قُلۡ تَمَتَّعۡ بِكُفۡرِكَ قَلِيلًا إِنَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِ ﴿8﴾

İnsana bir zərər toxun­duq­da Rəb­binə üz tutub təkcə Ona yal­va­rır. Sonra Allah Özün­dən insana bir nemət ve­rən­də o, əv­vəl­cə kimə yalvardı­ğını unu­dur və insanları Allahın yolundan çı­xart­maq məqsədilə Ona şə­rik­lər qoşur. De: “Küf­­rünlə bu dün­ya­da bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərin­dən­sən!”

39:9

أَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿9﴾

Məgər gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq iba­dət içində ke­çirən, axi­rət­dən həzər edən və Rəbbinin rəh­­mətinə ümid bəs­ləyən kimsə kafirlə eynidirmi? De: “Heç bi­lənlərlə bil­mə­yən­lər ey­ni ola bilər­mi? Bundan ancaq ağıl sa­hibləri düşünüb ibrət alar­lar”.

39:10

قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ ﴿10﴾

Qullarıma Mənim bu Sö­zü­mü de: “Ey Mənim iman gəti­rən qul­larım! Rəb­binizdən qor­xun! Bu dün­yada yaxşılıq edən­ləri yax­şı­lıq (Cənnət) göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Yal­nız səbir edənlərə mü­kafatları hesabsız verilə­cək­dir”.

39:11

قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ﴿11﴾

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona iba­dət et­mək əmr olunmuşdur.

39:12

وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ ﴿12﴾

Mənə həm də müsəl­man­ların bi­rincisi olmaq əmr olun­muş­dur”.

39:13

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿13﴾

De: “Rəbbimə asi olsam, o əzə­mətli günün əzabından qor­xa­­ram”.

39:14

قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي ﴿14﴾

De: “Mən dinimi məhz Allaha məx­sus edərək yalnız Ona iba­dət edi­rəm.

39:15

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ﴿15﴾

Siz də Ondan başqa istə­diyinizə ibadət edin”. De: “Şüb­hə­siz ki, ziyan çə­kənlər Qiya­mət günü özlərini və ailə­lə­rini ziyana uğ­radanlardır. Açıq-aş­kar zi­yan da elə budur!”

39:16

لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ﴿16﴾

Onların üstündə də od­dan tə­bə­qələr, altında da oddan təbə­qə­lər ola­caqdır. Allah Öz qullarını bununla qor­xudur. Ey qul­la­rım! Məndən qorxun!

39:17

وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّـٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ ﴿17﴾

Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müj­də var­dır. Qul­larımı müj­dələ!

39:18

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَـٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿18﴾

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. On­lar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz on­lardır.

39:19

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ ﴿19﴾

Haqqında əzab sözü ger­çəkləşmiş kimsəni və Cəhən­nəmdə ola­caq kəsi sənmi xilas edəcəksən?

39:20

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ ﴿20﴾

Lakin Rəbbindən qor­xan­ları üst-üstə tikilmiş, altından çay­lar axan otaq­lar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıx­maz.

39:21

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿21﴾

Məgər Allahın göydən yağmur en­dirib onu yer üzün­dəki çeş­mə­lərə axıtdığını gör­mürsənmi? Sonra Allah onunla müxtəlif rəng­li əkinlər yetiş­di­rir. Sonra onlar quruyur və sən on­ları sa­ral­mış görür­sən. Son­ra da Allah on­ları çör-çöpə dön­dərir. Həqiqətən, bun­da ağıl sahibləri üçün ibrət var.

39:22

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ﴿22﴾

Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nu­ra yö­nəlt­di­yi şəxs kafirlə ey­ni ola bilərmi? Qəlbi Alla­hın Zik­rinə qar­şı sərt olanların vay ha­lı­na! Onlar həqiqətən azğınlıq içində­dir­lər.

39:23

ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ ﴿23﴾

Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və tək­rar­lanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan də­ri­lə­ri ür­pəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yum­şa­lır. Bu, Alla­hın hidayətidir. Onun­la istədi­yini doğru yola yö­nəl­dir. Alla­hın zə­lalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz.

39:24

أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّـٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ ﴿24﴾

Qiyamət gününün dəh­şətli əza­bın­dan üzü ilə qoru­nan kəs mö­minlə ey­nidirmi? Zalım­lara: “Qazandığı­nızı da­dın!”– deyilər.

39:25

كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ﴿25﴾

Onlardan əvvəlkilər də peyğəm­bər­ləri yalançı saymış­dı­lar və bu­na görə əzab on­lara gözləmədikləri yerdən gəldi.

39:26

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿26﴾

Allah onlara dünya hə­ya­tında rüs­vayçılığı daddırdı. Axirət əza­bı isə daha böyük­dür. Kaş ki, biləydilər!

39:27

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿27﴾

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəl­kə, dü­şü­nüb dərk edələr.

39:28

قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ ﴿28﴾

Biz onlara heç bir qü­suru ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorx­sunlar.

39:29

ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿29﴾

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini mə­səl çəkir. Onlar məsəlcə eyni ola bi­lər­mi? Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir.

39:30

إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ ﴿30﴾

Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər!

39:31

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ ﴿31﴾

Sonra siz Qiyamət günü Rəb­bi­ni­zin yanında mübahisə edə­cək­si­niz.

39:32

فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ﴿32﴾

Allaha qarşı yalan uy­du­ran və həqiqət ona bəyan edil­dikdə onu yalan sayan kimsə­dən daha zalım kim ola bi­lər? Məgər Cə­hən­nəmdə kafirlər üçün yer yoxdur?

39:33

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ﴿33﴾

Haqqı gətirən və onu təs­diq edən­lər isə əsl müttə­qi­lər­dir.

39:34

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ﴿34﴾

Onlar üçün Rəbbinin ya­nında di­lədikləri hər şey var­dır. Yax­şı işlər gö­rənlərin mükafatı budur.

39:35

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ﴿35﴾

Beləcə, Allah onların et­dikləri ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını ve­rə­cək­.

39:36

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿36﴾

Məgər Allah Öz qulunu qane et­mirmi? Onlar isə səni On­dan başqaları ilə qorxu­dur­lar. Allahın zəlalətə sal­dı­ğı kim­səyə isə doğ­ru yol göstərən ol­maz.

39:37

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ ﴿37﴾

Allahın doğru yola yö­nəltdiyi kim­səni də azdıran ol­maz. Mə­gər Allah Qüdrətli, in­tiqam almağa qadir deyilmi?

39:38

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ ﴿38﴾

Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”

39:39

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿39﴾

De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin, mən də edə­cə­yəm. Siz tezliklə biləcəksi­niz ki,

39:40

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ﴿40﴾

kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar ola­caq­dır”.

39:41

إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ ﴿41﴾

Biz Kitabı sənə, insanlar üçün zə­ruri olan bir həqiqət ki­mi na­zil etdik. Kim doğru yol­la getsə, xeyri onun özü­nə olar, kim az­ğın­lığa düşsə, zi­yanı onun öz əleyhinə olar. Sən onların müdafiə­çi­si deyilsən.

39:42

ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿42﴾

Allah ölənlərin canını ölüm anın­da, ölməyənlərin ca­nını isə on­lar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə mü­əyyən olunmuş vaxtadək bu­ra­xır. Hə­qiqətən, bun­da ağıl sa­hibləri üçün də­lillər vardır.

39:43

أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ ﴿43﴾

Yoxsa onlar Allahdan qeyrilə­ri­nimi özlərinə şəfaətçi et­di­lər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey an­lamırlarsa, bəs necə ol­sun?”

39:44

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿44﴾

De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və ye­rin hökm­ranlığı da Ona məx­susdur. Sonra siz Ona qaytarı­la­caq­sı­nız”.

39:45

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ﴿45﴾

Allah tək olaraq xa­tır­lan­dığı za­man Axirətə inan­ma­yan­ların qəl­bini nif­rət bürü­yür. On­dan qeyriləri yad edil­diyi za­man isə on­lar sevinirlər.

39:46

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿46﴾

De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Alla­hım! Qul­la­rı­nın arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yal­nız Sən ve­rəcəksən!”

39:47

وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ ﴿47﴾

Yer üzündə olanların ha­mısı, üstəlik bir o qədər də əla­və, zalımlara məxsus ol­say­dı, onlar mütləq hamısını Qi­yamət gü­nü­nün dəhşətli əza­bından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah­dan on­lara güman etmədikləri bir əzab üz verəcəkdir.

39:48

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿48﴾

Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və is­tehza etdik­ləri əzab onları bürüyəcək.

39:49

فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿49﴾

İnsana bir zərər toxun­du­ğu za­man Bizə yalvarır. Sonra Biz ona Özü­müzdən bir nemət verdikdə deyir: “Bu mənə yal­nız özüm­də olan biliyə görə ve­rilmişdir!” Xeyr, bu, bir im­ta­handır, la­kin on­la­rın çoxu bu­nu bilmir.

39:50

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿50﴾

Bunu onlardan əvvəlki­lər də de­mişdilər. Amma qa­zan­dıq­la­rı şey­lər on­lara heç bir fayda vermədi.

39:51

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَـٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ ﴿51﴾

Onlar etdikləri pis əməl­lərin cəzasına çatdılar. Bun­lar­dan za­lım olan­lara da qazan­dıqları günahların cəzası yeti­şəcək və on­lar qaçıb canla­rını qur­ta­ra bilməyəcəklər.

39:52

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿52﴾

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istə­diyininkini də azal­dır? Həqiqətən, bunda iman gə­tirən qövm üçün ibrətlər vardır.

39:53

قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿53﴾

Qullarıma mənim bu sö­zü­mü de: “Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!”

39:54

وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ﴿54﴾

Əzab sizə gəlməmişdən öncə Rəb­binizə üz tutun və Ona ita­ət edin. Sonra sizə heç bir kömək olunmaz.

39:55

وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ﴿55﴾

Əzab sizə fərqinə var­ma­dığınız bir halda qəflətən gəl­mə­miş­dən əv­vəl Rəbbiniz­dən sizə nazil edilən ən gözəl Sözə tabe olun!

39:56

أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّـٰخِرِينَ ﴿56﴾

Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etina­sız­lıq­la­ra görə vay mənim halı­ma! Həqiqətən, mən dinə və dində olan­lara riş­xənd edənlərdən idim!”

39:57

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ﴿57﴾

Yaxud deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən mütləq müttəqi­lər­dən olardım!”

39:58

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿58﴾

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dün­ya­ya qayı­daydım, yaxşı işlər görənlərdən olar­dım!”

39:59

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿59﴾

Xeyr! Ayələrim sənə gəl­mişdi, sən isə onları yalan say­dın, tə­kəbbür gös­tərdin və ka­firlərdən oldun”.

39:60

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ﴿60﴾

Sən Qiyamət günü Alla­ha qarşı yalan uyduranların üzlə­rini qap­qara gö­rəcəksən. Məgər Cəhənnəmdə təkəb­bür­lülər üçün yer yox­­dur?

39:61

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿61﴾

Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər.

39:62

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ﴿62﴾

Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır.

39:63

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿63﴾

Göylərin və yerin açar­ları Onda­dır. Məhz Allahın ayələrini in­kar edən­lər ziyana uğrayanlardır.

39:64

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ ﴿64﴾

De: “Mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edir­si­niz, ey ca­hil­lər?”

39:65

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿65﴾

Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san.

39:66

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ ﴿66﴾

Sən yalnız Allaha ibadət et və şü­kür edənlərdən ol!”

39:67

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّـٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿67﴾

Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır.

39:68

وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ﴿68﴾

Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcək. Sonra bir da­ha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar.

39:69

وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿69﴾

Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək.

39:70

وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ ﴿70﴾

Hər kəsə öz əməlinin əvə­zi tam veriləcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir.

39:71

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿71﴾

Kafirlər dəstə-dəstə Cə­hənnəmə sürüklənəcəklər. Nə­hayət, ora çatdıqda onun qapı­ları açılacaq və onun gö­zətçi­lə­ri onlara de­yə­cək­lər: “Məgər öz içə­ri­nizdən Rəbbinizin ayə­lə­ri­ni sizə oxu­yan və sizi bu gü­nü­nüzə qovuşa­ca­ğınızla xə­­bərdar edən elçilər gəlmə­miş­di?” On­lar: “Əlbəttə, gəl­mişdi!”– deyə­cəklər. Lakin əzab Sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi.

39:72

قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿72﴾

Onlara: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapı­la­rına gi­rin!”– deyi­lə­cək. Tə­kəb­bürlülərin yeri necə də pis­dir!

39:73

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ ﴿73﴾

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”

39:74

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ﴿74﴾

Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”

39:75

وَتَرَى ٱلۡمَلَـٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿75﴾

Sən mələklərin, Ərşi əha­tə edərək, Rəbbinə həmd ilə tə­rif­lər de­diklərini gö­rəcək­sən. On­ların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– de­yiləcəkdir.

This surah by other reciters