quranm◉

Surə Az-Zumar 39:3

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ﴿٣﴾

◉

Tərcümə

Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz.
— Alikhan Musayev
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞