quranm◉

Surah Al-Hashr (59) recited by Saud ash Shuraym

Listen to Saud ash Shuraym

Surah ◉

59:1

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿1﴾

Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrət­lidir, Hikmət sahibidir.

59:2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَـٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ﴿2﴾

Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri!

59:3

وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ﴿3﴾

Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır.

59:4

ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿4﴾

Bu, onların Allaha və Onun Rəsuluna qarşı çıxmala­rına gö­rə­dir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şid­dətli cəza ve­rən­dir.

59:5

مَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ ﴿5﴾

Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür.

59:6

وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٖ وَلَا رِكَابٖ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿6﴾

Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir.

59:7

مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡ أَهۡلِ ٱلۡقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ كَيۡ لَا يَكُونَ دُولَةَۢ بَيۡنَ ٱلۡأَغۡنِيَآءِ مِنكُمۡۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿7﴾

Allahın Öz Peyğəmbəri­nə kəndlə­rin əhalisindən ver­diyi qə­ni­mətlər Alla­ha, Pey­ğəmbə­rə, onun əqrəbasına, ye­tim­lərə, yox­sul­lara və mü­sa­fir­lərə məx­sus edil­mişdir ki, o mallar ara­nızdakı zən­gin­lə­rin var-döv­lə­ti olub qal­ma­sın. Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir.

59:8

لِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ ﴿8﴾

Qənimət həmçinin yurd­la­rından qo­­vulmuş və malla­rın­­dan məh­rum olun­muş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mər­hə­mətini və razı­lı­ğı­nı qazanmağa can atır, Alla­ha və Onun Rəsuluna kö­mək edirlər. Doğru olanlar da məhz onlardır.

59:9

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةٗ مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٞۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿9﴾

Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır.

59:10

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ ﴿10﴾

Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!”

59:11

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿11﴾

Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir.

59:12

لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ﴿12﴾

Əgər onlar yurdlarından qovul­salar, münafiqlər onlarla birlik­də çıxıb get­məz, müsəl­manlar onlara qarşı vu­ruşsalar, onlara kö­mək­lik göstərməzlər. Əgər onlara yardım etmiş ol­salar, geri dö­nüb qaçar, sonra da onlara heç bir kömək edilməz.

59:13

لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ﴿13﴾

Doğrusu, onlar ürəklə­rində Allah­dan çox sizdən qor­xurlar. Çün­ki onlar anla­mayan adamlardır.

59:14

لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ﴿14﴾

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.

59:15

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبٗاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿15﴾

Onlar özlərindən bir az əvvəl əməl­lərinin cəzasını dad­mış, öz­ləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kim­sələrə bən­zə­yir­lər.

59:16

كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ﴿16﴾

Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– de­yir. İnsan kafir olan ki­mi: “Mən səndən uzağam. Mən aləmlərin Rəb­bi olan Allah­dan qorxuram!”– deyir.

59:17

فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ ﴿17﴾

Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Za­lım­la­rın cəzası budur.

59:18

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ لِغَدٖۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿18﴾

Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə et­dik­lə­ri­nizdən xəbər­dar­dır.

59:19

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿19﴾

Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir.

59:20

لَا يَسۡتَوِيٓ أَصۡحَٰبُ ٱلنَّارِ وَأَصۡحَٰبُ ٱلۡجَنَّةِۚ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ هُمُ ٱلۡفَآئِزُونَ ﴿20﴾

Cəhənnəm əhli ilə Cən­nət əhli eyni deyillər. Cənnət əhli uğur qaza­nan­lardır.

59:21

لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿21﴾

Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr.

59:22

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿22﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir.

59:23

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ﴿23﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır.

59:24

هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿24﴾

O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.

This surah by other reciters