quranm◉

Surə Al-Hashr 59:11

۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿١١﴾

◉

Tərcümə

Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir.
— Alikhan Musayev
(Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: “Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö’minlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞