quranm◉

Surah An-Naml transliteration

◉ Surə · ∞

27:1

طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ ﴿1﴾

Transliteration: Taseen tilka ayatu alqurani wakitabin mubeenin

Translation: Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir.

27:2

هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿2﴾

Transliteration: Hudan wabushra lilmumineena

Translation: Möminlərə doğru yol gös­təricisi və müjdədir.

27:3

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ﴿3﴾

Transliteration: Allatheena yuqeemoona alssalata wayutoona alzzakata wahum bialakhirati hum yooqinoona

Translation: O kəslərə ki, namaz qılır, zəkat ve­rir və axirətə qətiy­yət­lə ina­nırlar.

27:4

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ﴿4﴾

Transliteration: Inna allatheena la yuminoona bialakhirati zayyanna lahum aAAmalahum fahum yaAAmahoona

Translation: Həqiqətən, Axirətə iman gətirmə­yənlərin bəd əməllərini on­la­ra yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar azğın­lıq­ları üzün­dən heç nə an­lamadan yer üzün­də veyllənirlər.

27:5

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ﴿5﴾

Transliteration: Olaika allatheena lahum sooo alAAathabi wahum fee alakhirati humu alakhsaroona

Translation: Bunlar əzabı ağır olacaq kimsə­lər­dir. Axirətdə ən çox ziyana uğ­raya­caq kəslər də elə onlardır.

27:6

وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ ﴿6﴾

Transliteration: Wainnaka latulaqqa alqurana min ladun hakeemin AAaleemin

Translation: Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san.

27:7

إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ﴿7﴾

Transliteration: Ith qala moosa liahlihi innee anastu naran saateekum minha bikhabarin aw ateekum bishihabin qabasin laAAallakum tastaloona

Translation: Bir zaman Musa öz ailə­si­nə: “Mən, doğrudan da, bir od gör­düm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gə­ti­rim ki, qı­zı­n­a­sınız”– de­mişdi.

27:8

فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿8﴾

Transliteration: Falamma jaaha noodiya an boorika man fee alnnari waman hawlaha wasubhana Allahi rabbi alAAalameena

Translation: Musa oraya gəlib çatanda ona ni­da gəldi: “Odun için­də­ki də, ət­rafın­da­kı da mübarək­dir­lər. Aləmlərin Rəbbi olan Allah pak və mü­qəddəsdir!

27:9

يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿9﴾

Transliteration: Ya moosa innahu ana Allahu alAAazeezu alhakeemu

Translation: Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm!

27:10

وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ﴿10﴾

Transliteration: Waalqi AAasaka falamma raaha tahtazzu kaannaha jannun walla mudbiran walam yuAAaqqib ya moosa la takhaf innee la yakhafu ladayya almursaloona

Translation: Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını gör­dük­də dö­nüb qaç­dı və geriyə də dön­mədi. Allah dedi: “Ey Musa! Qorx­ma! Elçilər Mənim hüzu­rumda qorxmazlar.

27:11

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ ﴿11﴾

Transliteration: Illa man thalama thumma baddala husnan baAAda sooin fainnee ghafoorun raheemun

Translation: Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yax­şılıq edərsə, bil­sin ki, Mən Ba­ğışlayanam, Rəhmliyəm!

27:12

وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ﴿12﴾

Transliteration: Waadkhil yadaka fee jaybika takhruj baydaa min ghayri sooin fee tisAAi ayatin ila firAAawna waqawmihi innahum kanoo qawman fasiqeena

Translation: Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıx­sın. Fi­ro­­na və onun tayfasına gön­dərilən doqquz möcü­zə­dən bi­ri budur. Hə­qi­qətən, onlar fa­siq bir tayfadır!”

27:13

فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ﴿13﴾

Transliteration: Falamma jaathum ayatuna mubsiratan qaloo hatha sihrun mubeenun

Translation: Möcüzələrimiz onlara aş­kar şə­kildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedi­lər.

27:14

وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ﴿14﴾

Transliteration: Wajahadoo biha waistayqanatha anfusuhum thulman waAAuluwwan faonthur kayfa kana AAaqibatu almufsideena

Translation: Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu!

27:15

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ﴿15﴾

Transliteration: Walaqad atayna dawooda wasulaymana AAilman waqala alhamdu lillahi allathee faddalana AAala katheerin min AAibadihi almumineena

Translation: Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!”

27:16

وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ﴿16﴾

Transliteration: Wawaritha sulaymanu dawooda waqala ya ayyuha alnnasu AAullimna mantiqa alttayri waooteena min kulli shayin inna hatha lahuwa alfadlu almubeenu

Translation: Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”.

27:17

وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ﴿17﴾

Transliteration: Wahushira lisulaymana junooduhu mina aljinni waalinsi waalttayri fahum yoozaAAoona

Translation: Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər.

27:18

حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَـٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿18﴾

Transliteration: Hatta itha ataw AAala wadi alnnamli qalat namlatun ya ayyuha alnnamlu odkhuloo masakinakum la yahtimannakum sulaymanu wajunooduhu wahum la yashAAuroona

Translation: Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər”.

27:19

فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّـٰلِحِينَ ﴿19﴾

Transliteration: Fatabassama dahikan min qawliha waqala rabbi awziAAnee an ashkura niAAmataka allatee anAAamta AAalayya waAAala walidayya waan aAAmala salihan tardahu waadkhilnee birahmatika fee AAibadika alssaliheena

Translation: Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!”

27:20

وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ﴿20﴾

Transliteration: Watafaqqada alttayra faqala ma liya la ara alhudhuda am kana mina alghaibeena

Translation: Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur?

27:21

لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿21﴾

Transliteration: LaoAAaththibannahu AAathaban shadeedan aw laathbahannahu aw layatiyannee bisultanin mubeenin

Translation: O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm”.

27:22

فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ ﴿22﴾

Transliteration: Famakatha ghayra baAAeedin faqala ahattu bima lam tuhit bihi wajituka min sabain binabain yaqeenin

Translation: Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm.

27:23

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ ﴿23﴾

Transliteration: Innee wajadtu imraatan tamlikuhum waootiyat min kulli shayin walaha AAarshun AAatheemun

Translation: Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm.

27:24

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ﴿24﴾

Transliteration: Wajadtuha waqawmaha yasjudoona lilshshamsi min dooni Allahi wazayyana lahumu alshshaytanu aAAmalahum fasaddahum AAani alssabeeli fahum la yahtadoona

Translation: Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər.

27:25

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ﴿25﴾

Transliteration: Alla yasjudoo lillahi allathee yukhriju alkhabaa fee alssamawati waalardi wayaAAlamu ma tukhfoona wama tuAAlinoona

Translation: Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər.

27:26

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩ ﴿26﴾

Transliteration: Allahu la ilaha illa huwa rabbu alAAarshi alAAatheemi

Translation: Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur”.

27:27

قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿27﴾

Transliteration: Qala sananthuru asadaqta am kunta mina alkathibeena

Translation: Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan.

27:28

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ﴿28﴾

Transliteration: Ithhab bikitabee hatha faalqih ilayhim thumma tawalla AAanhum faonthur matha yarjiAAoona

Translation: Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

27:29

قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ ﴿29﴾

Transliteration: Qalat ya ayyuha almalao innee olqiya ilayya kitabun kareemun

Translation: Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı.

27:30

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿30﴾

Transliteration: Innahu min sulaymana wainnahu bismi Allahi alrrahmani alrraheemi

Translation: O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə!

27:31

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ﴿31﴾

Transliteration: Alla taAAloo AAalayya watoonee muslimeena

Translation: Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”»

27:32

قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ﴿32﴾

Transliteration: Qalat ya ayyuha almalao aftoonee fee amree ma kuntu qatiAAatan amran hatta tashhadoona

Translation: Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.”

27:33

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ﴿33﴾

Transliteration: Qaloo nahnu oloo quwwatin waoloo basin shadeedin waalamru ilayki faonthuree matha tamureena

Translation: Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!”

27:34

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ﴿34﴾

Transliteration: Qalat inna almulooka itha dakhaloo qaryatan afsadooha wajaAAaloo aAAizzata ahliha athillatan wakathalika yafAAaloona

Translation: Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər.

27:35

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ﴿35﴾

Transliteration: Wainnee mursilatun ilayhim bihadiyyatin fanathiratun bima yarjiAAu almursaloona

Translation: Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar.

27:36

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ﴿36﴾

Transliteration: Falamma jaa sulaymana qala atumiddoonani bimalin fama ataniya Allahu khayrun mimma atakum bal antum bihadiyyatikum tafrahoona

Translation: Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz.

27:37

ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ﴿37﴾

Transliteration: IrjiAA ilayhim falanatiyannahum bijunoodin la qibala lahum biha walanukhrijannahum minha athillatan wahum saghiroona

Translation: Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”

27:38

قَالَ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ﴿38﴾

Transliteration: Qala ya ayyuha almalao ayyukum yateenee biAAarshiha qabla an yatoonee muslimeena

Translation: Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?”

27:39

قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ ﴿39﴾

Transliteration: Qala AAifreetun mina aljinni ana ateeka bihi qabla an taqooma min maqamika wainne AAalayhi laqawiyyun ameenun

Translation: Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!”

27:40

قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ﴿40﴾

Transliteration: Qala allathee AAindahu AAilmun mina alkitabi ana ateeka bihi qabla an yartadda ilayka tarfuka falamma raahu mustaqirran AAindahu qala hatha min fadli rabbee liyabluwanee aashkuru am akfuru waman shakara fainnama yashkuru linafsihi waman kafara fainna rabbee ghaniyyun kareemun

Translation: Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

27:41

قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ﴿41﴾

Transliteration: Qala nakkiroo laha AAarshaha nanthur atahtadee am takoonu mina allatheena la yahtadoona

Translation: Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?”

27:42

فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ﴿42﴾

Transliteration: Falamma jaat qeela ahakatha AAarshuki qalat kaannahu huwa waooteena alAAilma min qabliha wakunna muslimeena

Translation: Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”

27:43

وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ﴿43﴾

Transliteration: Wasaddaha ma kanat taAAbudu min dooni Allahi innaha kanat min qawmin kafireena

Translation: Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi.

27:44

قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿44﴾

Transliteration: Qeela laha odkhulee alssarha falamma raathu hasibathu lujjatan wakashafat AAan saqayha qala innahu sarhun mumarradun min qawareera qalat rabbi innee thalamtu nafsee waaslamtu maAAa sulaymana lillahi rabbi alAAalameena

Translation: Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!”

27:45

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ﴿45﴾

Transliteration: Walaqad arsalna ila thamooda akhahum salihan ani oAAbudoo Allaha faitha hum fareeqani yakhtasimoona

Translation: Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi elçi göndərdik. Onlar isə bir-biri ilə müba­rizə aparan iki fir­qə­yə bölündülər.

27:46

قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿46﴾

Transliteration: Qala ya qawmi lima tastaAAjiloona bialssayyiati qabla alhasanati lawla tastaghfiroona Allaha laAAallakum turhamoona

Translation: O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pis­li­yə tə­ləsir­siniz? Nə üçün Allah­dan bağışlanmağınızı di­lə­mir­­siniz? Ola bil­sin ki, sizə rəhm olu­na”.

27:47

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَـٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ ﴿47﴾

Transliteration: Qaloo ittayyarna bika wabiman maAAaka qala tairukum AAinda Allahi bal antum qawmun tuftanoona

Translation: Onlar dedilər: “Biz sə­nin və sə­nin­lə birlikdə olanların uc­ba­tın­dan uğur­suz­luğa uğra­dıq”. Saleh dedi: “Sizin uğur­suz­lu­ğunuz Allah yanında­dır. Siz sı­na­ğa çəkilən bir qövmsü­nüz”.

27:48

وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ﴿48﴾

Transliteration: Wakana fee almadeenati tisAAatu rahtin yufsidoona fee alardi wala yuslihoona

Translation: Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fə­sad törə­dir, yaxşı işlər görmürdülər.

27:49

قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ﴿49﴾

Transliteration: Qaloo taqasamoo biAllahi lanubayyitannahu waahlahu thumma lanaqoolanna liwaliyyihi ma shahidna mahlika ahlihi wainna lasadiqoona

Translation: Onlar dedilər: “Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik”.

27:50

وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿50﴾

Transliteration: Wamakaroo makran wamakarna makran wahum la yashAAuroona

Translation: Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər.

27:51

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ﴿51﴾

Transliteration: Faonthur kayfa kana AAaqibatu makrihim anna dammarnahum waqawmahum ajmaAAeena

Translation: Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik.

27:52

فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ ﴿52﴾

Transliteration: Fatilka buyootuhum khawiyatan bima thalamoo inna fee thalika laayatan liqawmin yaAAlamoona

Translation: Haqsızlıqları üzündən vi­ran qal­mış evləri də budur. Hə­qi­qə­tən, bun­da bilən adam­lar üçün ibrət var.

27:53

وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ﴿53﴾

Transliteration: Waanjayna allatheena amanoo wakanoo yattaqoona

Translation: İman gətirib Allahdan qor­xanları isə xilas etdik.

27:54

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ ﴿54﴾

Transliteration: Walootan ith qala liqawmihi atatoona alfahishata waantum tubsiroona

Translation: Lutu da yada sal. Bir za­man o öz qövmünə demişdi: “Gö­zü­nüz görə-gö­rə murdar işmi görəcəksiniz?

27:55

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ﴿55﴾

Transliteration: Ainnakum latatoona alrrijala shahwatan min dooni alnnisai bal antum qawmun tajhaloona

Translation: Siz qadınları qoyub şəh­vətlə ki­şi­lərəmi yaxınlaşacaqsınız? Yox, siz cahil bir qövmsünüz!”

27:56

فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ﴿56﴾

Transliteration: Fama kana jawaba qawmihi illa an qaloo akhrijoo ala lootin min qaryatikum innahum onasun yatatahharoona

Translation: Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du.

27:57

فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ﴿57﴾

Transliteration: Faanjaynahu waahlahu illa imraatahu qaddarnaha mina alghabireena

Translation: Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik.

27:58

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ﴿58﴾

Transliteration: Waamtarna AAalayhim mataran fasaa mataru almunthareena

Translation: Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş!

27:59

قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ﴿59﴾

Transliteration: Quli alhamdu lillahi wasalamun AAala AAibadihi allatheena istafa allahu khayrun amma yushrikoona

Translation: De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız?

27:60

أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ﴿60﴾

Transliteration: Amman khalaqa alssamawati waalarda waanzala lakum mina alssamai maan faanbatna bihi hadaiqa thata bahjatin ma kana lakum an tunbitoo shajaraha ailahun maAAa Allahi bal hum qawmun yaAAdiloona

Translation: Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər.

27:61

أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ﴿61﴾

Transliteration: Amman jaAAala alarda qararan wajaAAala khilalaha anharan wajaAAala laha rawasiya wajaAAala bayna albahrayni hajizan ailahun maAAa Allahi bal aktharuhum la yaAAlamoona

Translation: Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər.

27:62

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ﴿62﴾

Transliteration: Amman yujeebu almudtarra itha daAAahu wayakshifu alssooa wayajAAalukum khulafaa alardi ailahun maAAa Allahi qaleelan ma tathakkaroona

Translation: Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

27:63

أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ﴿63﴾

Transliteration: Amman yahdeekum fee thulumati albarri waalbahri waman yursilu alrriyaha bushran bayna yaday rahmatihi ailahun maAAa Allahi taAAala Allahu AAamma yushrikoona

Translation: Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.

27:64

أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿64﴾

Transliteration: Amman yabdao alkhalqa thumma yuAAeeduhu waman yarzuqukum mina alssamai waalardi ailahun maAAa Allahi qul hatoo burhanakum in kuntum sadiqeena

Translation: Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”.

27:65

قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ﴿65﴾

Transliteration: Qul la yaAAlamu man fee alssamawati waalardi alghayba illa Allahu wama yashAAuroona ayyana yubAAathoona

Translation: De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər.

27:66

بَلِ ٱدَّـٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ ﴿66﴾

Transliteration: Bali iddaraka AAilmuhum fee alakhirati bal hum fee shakkin minha bal hum minha AAamoona

Translation: Həm də onların elmi axi­rəti qav­rayıb dərk edə bil­məz. Üs­tə­lik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

27:67

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ﴿67﴾

Transliteration: Waqala allatheena kafaroo aitha kunna turaban waabaona ainna lamukhrajoona

Translation: Kafirlər dedilər: “Məgər biz və ata­larımız torpağa qa­rış­dıq­dan sonra qəbirlərdən çı­xar­dılacağıq?

27:68

لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿68﴾

Transliteration: Laqad wuAAidna hatha nahnu waabaona min qablu in hatha illa asateeru alawwaleena

Translation: Bu dirilmə həm bizə, həm də əv­vəllər atalarımıza vəd olun­muş­du. Bu, keçmişdəki­lə­rin uydurduğu əfsanələ­r­dən başqa bir şey deyil”.

27:69

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ﴿69﴾

Transliteration: Qul seeroo fee alardi faonthuroo kayfa kana AAaqibatu almujrimeena

Translation: De: “Yer üzündə gəzib dolaşın və görün günah­karla­rın aqi­bə­ti necə ol­muş­dur”.

27:70

وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ﴿70﴾

Transliteration: Wala tahzan AAalayhim wala takun fee dayqin mimma yamkuroona

Translation: Onlara görə kədərlənmə və qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma.

27:71

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿71﴾

Transliteration: Wayaqooloona mata hatha alwaAAdu in kuntum sadiqeena

Translation: Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

27:72

قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ ﴿72﴾

Transliteration: Qul AAasa an yakoona radifa lakum baAAdu allathee tastaAAjiloona

Translation: De: “Ola bilsin ki, tələ­sik istə­di­yiniz şeyin bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır”.

27:73

وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ ﴿73﴾

Transliteration: Wainna rabbaka lathoo fadlin AAala alnnasi walakinna aktharahum la yashkuroona

Translation: Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, la­kin on­ların əksə­riy­yəti naşükür­dür­.

27:74

وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ﴿74﴾

Transliteration: Wainna rabbaka layaAAlamu ma tukinnu sudooruhum wama yuAAlinoona

Translation: Şübhəsiz ki, sənin Rəb­bin onların qəlblərinin gizli sax­la­dıq­la­rını və onla­rın aşkar et­diklərini bilir.

27:75

وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ ﴿75﴾

Transliteration: Wama min ghaibatin fee alssamai waalardi illa fee kitabin mubeenin

Translation: Göydə və yerdə elə bir giz­li şey yoxdur ki, açıq-aydın Ya­zı­da (Lövhi-məh­fuzda) ol­ma­sın.

27:76

إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ﴿76﴾

Transliteration: Inna hatha alqurana yaqussu AAala banee israeela akthara allathee hum feehi yakhtalifoona

Translation: Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin ço­xu­nu anlatmaq­dadır.

27:77

وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ﴿77﴾

Transliteration: Wainnahu lahudan warahmatun lilmumineena

Translation: Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir.

27:78

إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ﴿78﴾

Transliteration: Inna rabbaka yaqdee baynahum bihukmihi wahuwa alAAazeezu alAAaleemu

Translation: Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir!

27:79

فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ﴿79﴾

Transliteration: Fatawakkal AAala Allahi innaka AAala alhaqqi almubeeni

Translation: Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan.

27:80

إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ﴿80﴾

Transliteration: Innaka la tusmiAAu almawta wala tusmiAAu alssumma aldduAAaa itha wallaw mudbireena

Translation: Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən.

27:81

وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ﴿81﴾

Transliteration: Wama anta bihadee alAAumyi AAan dalalatihim in tusmiAAu illa man yuminu biayatina fahum muslimoona

Translation: Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən.

27:82

وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ﴿82﴾

Transliteration: Waitha waqaAAa alqawlu AAalayhim akhrajna lahum dabbatan mina alardi tukallimuhum anna alnnasa kanoo biayatina la yooqinoona

Translation: O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər.

27:83

وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ﴿83﴾

Transliteration: Wayawma nahshuru min kulli ommatin fawjan mimman yukaththibu biayatina fahum yoozaAAoona

Translation: Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər.

27:84

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿84﴾

Transliteration: Hatta itha jaoo qala akaththabtum biayatee walam tuheetoo biha AAilman ammatha kuntum taAAmaloona

Translation: Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?”

27:85

وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ﴿85﴾

Transliteration: WawaqaAAa alqawlu AAalayhim bima thalamoo fahum la yantiqoona

Translation: Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər.

27:86

أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿86﴾

Transliteration: Alam yaraw anna jaAAalna allayla liyaskunoo feehi waalnnahara mubsiran inna fee thalika laayatin liqawmin yuminoona

Translation: Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır.

27:87

وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ﴿87﴾

Transliteration: Wayawma yunfakhu fee alssoori fafaziAAa man fee alssamawati waman fee alardi illa man shaa Allahu wakullun atawhu dakhireena

Translation: Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir.

27:88

وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ﴿88﴾

Transliteration: Watara aljibala tahsabuha jamidatan wahiya tamurru marra alssahabi sunAAa Allahi allathee atqana kulla shayin innahu khabeerun bima tafAAaloona

Translation: Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır.

27:89

مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ ﴿89﴾

Transliteration: Man jaa bialhasanati falahu khayrun minha wahum min fazaAAin yawmaithin aminoona

Translation: Hər kim yaxşı əməllə gəl­sə, ona da­ha yaxşısı (Cən­nət) ve­ri­lər. Onlar o gün dəh­şətli qorxu hissindən uzaq olar­lar.

27:90

وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿90﴾

Transliteration: Waman jaa bialssayyiati fakubbat wujoohuhum fee alnnari hal tujzawna illa ma kuntum taAAmaloona

Translation: Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de­yilər: “Mə­gər siz an­caq etdi­yi­niz əməllərə görə cəzalan­dı­rıl­mırsınız?”

27:91

إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ﴿91﴾

Transliteration: Innama omirtu an aAAbuda rabba hathihi albaldati allathee harramaha walahu kullu shayin waomirtu an akoona mina almuslimeena

Translation: De: “Mənə ancaq bu şə­hərin (Mək­kənin) Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. O şəhər ki, Rəbbim onu toxunulmaz buyur­muş­dur. Hər şey yalnız Onun­dur. Mənə əmr olunub ki, müsəl­man olum

27:92

وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ﴿92﴾

Transliteration: Waan atluwa alqurana famani ihtada fainnama yahtadee linafsihi waman dalla faqul innama ana mina almunthireena

Translation: və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğ­ru yol­da olmuş olar. Haqq yoldan azana isə be­lə de: “Mən ancaq xə­bərdar edənlər­də­nəm!”

27:93

وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿93﴾

Transliteration: Waquli alhamdu lillahi sayureekum ayatihi fataAArifoonaha wama rabbuka bighafilin AAamma taAAmaloona

Translation: De: “Həmd, Alla­ha məxsusdur! O Öz dəlillərini sizə gös­tə­rə­cək, siz də onları tanıyacaq­sı­nız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download