quranm◉

Surə As-Saffat الصافات

#
37
↓
M
Ayə
182
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

37:1

وَٱلصَّـٰٓفَّـٰتِ صَفّٗا ﴿١﴾

And olsun göylərdə və yer­də səf-səf duranlara,

37:2

فَٱلزَّـٰجِرَٰتِ زَجۡرٗا ﴿٢﴾

imansızları qətiyyətlə qo­vanlara

37:3

فَٱلتَّـٰلِيَٰتِ ذِكۡرًا ﴿٣﴾

və Zikri oxuyanlara!

37:4

إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ ﴿٤﴾

Həqiqətən, sizin məbu­du­nuz Tək­dir!

37:5

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ﴿٥﴾

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir.

37:6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ﴿٦﴾

Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik

37:7

وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ ﴿٧﴾

və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik.

37:8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ ﴿٨﴾

Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar

37:9

دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ ﴿٩﴾

və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir.

37:10

إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ ﴿١٠﴾

Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər.

37:11

فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ ﴿١١﴾

Kafirlərdən soruş ki, on­la­rı ya­rat­maq çətindir, yoxsa Bi­zim baş­qa ya­rat­dıqlarımızı? Biz ki onları yapışqan kimi palçıq­dan ya­rat­dıq.

37:12

بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ ﴿١٢﴾

Sən onlara təəccüb edir­sən, onlar isə səni ələ salırlar.

37:13

وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ ﴿١٣﴾

Onlara xatırlatdıqda dü­şü­nüb ib­rət almırlar.

37:14

وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ ﴿١٤﴾

Bir möcüzə gördükdə isə ona is­tehza edir

37:15

وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ ﴿١٥﴾

və deyirlər: “Bu ancaq açıq-ay­dın bir sehrdir.

37:16

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ﴿١٦﴾

Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildik­dən son­ra diril­di­ləcəyikmi?

37:17

أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ﴿١٧﴾

Ya da atalarımızmı di­ril­diləcəklər?”

37:18

قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ ﴿١٨﴾

De: “Bəli, özü də, zəlil günə qal­mış olduğunuz halda di­ril­di­lə­cək­siniz”.

37:19

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ ﴿١٩﴾

Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib gör­mə­yə baş­la­yacaqlar.

37:20

وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ﴿٢٠﴾

Günahkarlar deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür!”

37:21

هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢١﴾

Onlara deyiləcək: “Bu, ya­lan say­dı­ğınız fərqləndirmə gü­nü­dür!”

37:22

۞ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ﴿٢٢﴾

Mələklərə belə əmr olu­na­caq: “Top­layın bir yerə za­lım­la­rı, on­la­rın yol­daş­larını və iba­dət etdiklərini –

37:23

مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ﴿٢٣﴾

Allahdan başqa. Onları Cəhən­nəm yoluna yönəldin.

37:24

وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ﴿٢٤﴾

Onları dayandırın, çün­ki onlar sor­ğu-sual olunacaq­lar”.

37:25

مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ﴿٢٥﴾

Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?”

37:26

بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ ﴿٢٦﴾

Bəli, onlar bu gün baş əyəcəklər!

37:27

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ﴿٢٧﴾

Onlar bir-birinə üz tutub soru­şa­caqlar.

37:28

قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ﴿٢٨﴾

Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz”.

37:29

قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ﴿٢٩﴾

Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz.

37:30

وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ ﴿٣٠﴾

Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz.

37:31

فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ﴿٣١﴾

Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq.

37:32

فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ﴿٣٢﴾

Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik”.

37:33

فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ﴿٣٣﴾

Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar.

37:34

إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ﴿٣٤﴾

Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik.

37:35

إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ﴿٣٥﴾

Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir

37:36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ ﴿٣٦﴾

və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?”

37:37

بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ﴿٣٧﴾

Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di.

37:38

إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ﴿٣٨﴾

Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız.

37:39

وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٣٩﴾

Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız.

37:40

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿٤٠﴾

Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır.

37:41

أُوْلَـٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ ﴿٤١﴾

Məhz onlar üçün müəy­yən bir ruzi vardır –

37:42

فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ ﴿٤٢﴾

Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək –

37:43

فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٤٣﴾

Nəim cən­nətlərində.

37:44

عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ ﴿٤٤﴾

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.

37:45

يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ ﴿٤٥﴾

Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­.

37:46

بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّـٰرِبِينَ ﴿٤٦﴾

Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab.

37:47

لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ﴿٤٧﴾

O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar.

37:48

وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ ﴿٤٨﴾

Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­.

37:49

كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ ﴿٤٩﴾

Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər.

37:50

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ﴿٥٠﴾

Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.

37:51

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ ﴿٥١﴾

Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.

37:52

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ﴿٥٢﴾

O deyirdi: “Sən də ina­nanlar­dan­san?

37:53

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ﴿٥٣﴾

Məgər biz öldükdən, tor­pağa çev­rilib sür-sümük ol­duq­dan son­ra haqq-hesaba çəkilib cəzalandı­rıla­cağıq?”

37:54

قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ﴿٥٤﴾

O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?”

37:55

فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ﴿٥٥﴾

O boylanıb yoldaşını Cə­hən­nə­min ortasında görəcək

37:56

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ ﴿٥٦﴾

və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edə­cək­din.

37:57

وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ﴿٥٧﴾

Əgər Rəbbimin lütfü ol­masaydı, mən də Cəhənnəmə gə­ti­ri­lən­lər­dən olar­dım.

37:58

أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ ﴿٥٨﴾

Doğrudanmı biz bir da­ha ölmə­yəcəyik –

37:59

إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ﴿٥٩﴾

ilk ölümümüzdən başqa? Doğru­danmı biz heç vaxt əza­ba dü­çar olma­ya­­cağıq?”

37:60

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿٦٠﴾

Həqiqətən, bu, böyük uğurdur.

37:61

لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ ﴿٦١﴾

Qoy çalışanlar bunun üçün ça­lış­sınlar!

37:62

أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿٦٢﴾

Ziyafət üçün bu yaxşı­dır, yoxsa zəqqum ağacı?

37:63

إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّـٰلِمِينَ ﴿٦٣﴾

Biz onu zalımlar üçün bir sınaq etdik.

37:64

إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ﴿٦٤﴾

O, Cəhənnəmin lap di­bindən bi­tib çıxan bir ağacdır.

37:65

طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ﴿٦٥﴾

Onun meyvəsi şeytanla­rın baş­la­rı kimidir.

37:66

فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ﴿٦٦﴾

Günahkarlar ondan ye­yib qarın­ları­nı dolduracaqlar.

37:67

ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ ﴿٦٧﴾

Sonra da üstündən onla­rı qaynar su ilə qatışdırılmış bir içki göz­ləyir.

37:68

ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ ﴿٦٨﴾

Sonra onlar mütləq Cə­hənnəmə qaytarılacaqlar.

37:69

إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ﴿٦٩﴾

Həqiqətən, onlar ata-ba­balarını az­mış gördülər,

37:70

فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ ﴿٧٠﴾

özləri də tez-tələsik on­la­rın izini tutub getdilər.

37:71

وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ﴿٧١﴾

Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düş­müşdü.

37:72

وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ﴿٧٢﴾

Artıq Biz onlara xəbərdar edən peyğəm­bərlər göndərmişdik.

37:73

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ﴿٧٣﴾

Bax gör xəbərdar edi­lən­lərin aqi­bəti necə oldu.

37:74

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿٧٤﴾

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

37:75

وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ﴿٧٥﴾

Nuh Bizə yalvarıb ya­xar­dı. Biz çağırışa necə də gözəl ca­vab ve­­rənik!

37:76

وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ﴿٧٦﴾

Biz onu və ailəsini bö­yük sıxın­tı­dan qurtardıq.

37:77

وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ ﴿٧٧﴾

Təkcə onun nəslini qo­ru­yub sax­ladıq.

37:78

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ﴿٧٨﴾

Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;

37:79

سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ ﴿٧٩﴾

aləmlər içərisində Nuha salam olsun!

37:80

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿٨٠﴾

Həqiqətən, Biz yaxşı iş gö­rənləri belə mükafatlan­dı­rı­rıq.

37:81

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ﴿٨١﴾

Həqiqətən, o Bizim mö­min qulla­rımızdandır.

37:82

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ﴿٨٢﴾

Sonra o birilərini suya qərq et­dik.

37:83

۞وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ﴿٨٣﴾

Həqiqətən, İbrahim onun ardıcıl­larından idi.

37:84

إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ ﴿٨٤﴾

Bir zaman o, öz Rəbbi­nin yanına pak bir qəlblə gəldi.

37:85

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ﴿٨٥﴾

Onda o, öz atasına və qöv­münə dedi: “Siz nəyə si­tayiş edir­si­­niz?

37:86

أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ ﴿٨٦﴾

Allahı qoyub uydurma məbudla­rı­mı diləyirsiniz?

37:87

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿٨٧﴾

Aləmlərin Rəbbi barə­sin­də nə düşünürsünüz?”

37:88

فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ ﴿٨٨﴾

O, ulduzlara bir nəzər sa­laraq

37:89

فَقَالَ إِنِّي سَقِيمٞ ﴿٨٩﴾

“Mən xəstəyəm!”– dedi.

37:90

فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ ﴿٩٠﴾

Onlar ondan üz çevirib çıxıb get­di­lər.

37:91

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ﴿٩١﴾

O, xəlvətcə onların mə­budlarının yanına gəlib istehza ilə de­di: “Siz bu təam­ları ye­mir­siniz?

37:92

مَا لَكُمۡ لَا تَنطِقُونَ ﴿٩٢﴾

Sizə nə olub ki, danış­mır­sınız?”

37:93

فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ﴿٩٣﴾

Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

37:94

فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ ﴿٩٤﴾

Bütpərəstlər tələsik onun yanına gəldilər.

37:95

قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ﴿٩٥﴾

O dedi: “Siz yonub dü­zəltdiklə­ri­nizəmi sitayiş edir­siniz?

37:96

وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ﴿٩٦﴾

Axı sizi də, sizin düzəlt­dik­lərinizi də Allah yarat­mış­dır”.

37:97

قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ﴿٩٧﴾

Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu ora­da od­la­yın!”

37:98

فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ﴿٩٨﴾

Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik.

37:99

وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ﴿٩٩﴾

O dedi: “Mən Rəbbimə doğru ge­di­rəm. O məni doğru yola yö­nəl­dəcək­”.

37:100

رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّـٰلِحِينَ ﴿١٠٠﴾

O dedi: “Ey Rəbbim! Mənə əmə­li­salehlərdən olan öv­lad bəxş et!”

37:101

فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ ﴿١٠١﴾

Biz də onu həlim xa­siy­yətli bir oğlan uşağı ilə müj­də­lədik.

37:102

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَـٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ ﴿١٠٢﴾

O, böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çat­dıq­da İb­ra­­him dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə ye­tir. Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən”.

37:103

فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ﴿١٠٣﴾

Hər ikisi Allahın əm­rinə tabe ol­duqları və İbrahim onu üzüs­tə yerə yıx­dığı zaman

37:104

وَنَٰدَيۡنَٰهُ أَن يَـٰٓإِبۡرَٰهِيمُ ﴿١٠٤﴾

Biz onu çağırıb dedik: “Ey İbra­him!

37:105

قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿١٠٥﴾

Artıq sən yuxunu təs­diq etdin!” Biz yaxşı iş görənləri belə mü­ka­fat­lan­dırırıq.

37:106

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَـٰٓؤُاْ ٱلۡمُبِينُ ﴿١٠٦﴾

Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.

37:107

وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ ﴿١٠٧﴾

Biz onun əvəzinə bö­yük bir qur­banlığı fidyə verdik.

37:108

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ﴿١٠٨﴾

Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq.

37:109

سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ ﴿١٠٩﴾

İbrahimə salam olsun!

37:110

كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿١١٠﴾

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlan­dırı­rıq.

37:111

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ﴿١١١﴾

Həqiqətən, o, Bizim mö­min qulla­rımızdandır.

37:112

وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿١١٢﴾

Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müj­də verdik.

37:113

وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ ﴿١١٣﴾

Biz ona və İshaqa bə­rə­kət ver­dik. Hər ikisinin nəs­lin­də yax­şı iş gö­rənləri də var, açıq-aydın özünə zülm edən­ləri də.

37:114

وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ﴿١١٤﴾

Biz Musa ilə Haruna da nemət bəxş etdik.

37:115

وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ﴿١١٥﴾

Onların hər ikisini və tayfa­la­rı­nı böyük sıxıntıdan qur­tar­dıq.

37:116

وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ﴿١١٦﴾

Onlara kömək göstər­dik və on­lar qa­lib gəldilər.

37:117

وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ﴿١١٧﴾

Hər ikisinə aydın bir Ki­tab ver­dik.

37:118

وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ﴿١١٨﴾

Hər ikisini də doğru yo­la yö­nəltdik.

37:119

وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ﴿١١٩﴾

Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­duq.

37:120

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ﴿١٢٠﴾

Musaya və Haruna sa­lam ol­sun!

37:121

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿١٢١﴾

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq.

37:122

إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ﴿١٢٢﴾

Həqiqətən, onların iki­si də Bi­zim mömin qullarımız­dan­dır.

37:123

وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿١٢٣﴾

Şübhəsiz ki, İlyas da el­çilər­dən­dir.

37:124

إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾

Bir zaman o öz qöv­mü­nə demişdi: “Məgər qorx­mur­su­nuz?

37:125

أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ﴿١٢٥﴾

Siz yaradanların ən yax­şısını qo­yub niyə Bələ yal­va­rır­sınız –

37:126

ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ﴿١٢٦﴾

həm sizin Rəbbiniz, həm də əc­dadlarınızın Rəbbi olan Alla­hımı tərk edirsiniz?”

37:127

فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ﴿١٢٧﴾

Onlar onu yalançı say­dılar. Ona görə də hamısı Cə­hənnəmə gə­tiri­lə­cək­dir.

37:128

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿١٢٨﴾

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

37:129

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ﴿١٢٩﴾

Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq.

37:130

سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ ﴿١٣٠﴾

İlyasinə salam olsun!

37:131

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿١٣١﴾

Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq.

37:132

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ﴿١٣٢﴾

Həqiqətən, o Bizim mö­min qul­larımızdandır.

37:133

وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿١٣٣﴾

Şübhəsiz ki, Lut da el­çi­lər­dən­dir.

37:134

إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ﴿١٣٤﴾

Bir zaman Biz onu və bütün ai­ləsini xilas etdik.

37:135

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ﴿١٣٥﴾

Yalnız geridə qalanla­rın içində olan yaşlı bir qadın­dan baş­qa.

37:136

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ﴿١٣٦﴾

Sonra da o birilərini yer­li-dibli yox etdik.

37:137

وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ ﴿١٣٧﴾

Siz həm səhər çağı on­la­rın ya­nından keçirsiniz,

37:138

وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ ﴿١٣٨﴾

həm də axşam çağı. Mə­gər an­la­mırsınız?

37:139

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ﴿١٣٩﴾

Yunus da, həqiqətən, el­çilər­dən­dir.

37:140

إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿١٤٠﴾

Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaçdı.

37:141

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ ﴿١٤١﴾

Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan ol­du.

37:142

فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ ﴿١٤٢﴾

O, qınanmağa layiq ol­duqda ba­lıq onu uddu.

37:143

فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ﴿١٤٣﴾

Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı,

37:144

لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿١٤٤﴾

balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı.

37:145

۞فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ ﴿١٤٥﴾

O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çıxartdıq.

37:146

وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ ﴿١٤٦﴾

Və üstünə kölgə salmaq üçün ­qabaq növündən iriyarpaqlı bir bitki bitirdik.

37:147

وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ﴿١٤٧﴾

Biz onu yüz mindən də daha çox adama peyğəmbər gön­dər­dik.

37:148

فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ﴿١٤٨﴾

Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik.

37:149

فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ﴿١٤٩﴾

Kafirlərdən soruş: “Nə­yə görə qız­lar sənin Rəbbinin, oğ­lan­lar isə onların olmalıdır?”

37:150

أَمۡ خَلَقۡنَا ٱلۡمَلَـٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ ﴿١٥٠﴾

Yoxsa Biz mələkləri di­şi yarat­mı­şıq və onlar da buna şahid olub­lar?

37:151

أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ﴿١٥١﴾

Həqiqətən, onlar yalan uydu­rub deyirlər:

37:152

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿١٥٢﴾

“Allah doğmuşdur”. Şüb­həsiz ki, onlar yalançıdırlar.

37:153

أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ ﴿١٥٣﴾

Məgər Allah qızları oğ­lanlardan üstünmü tutmuş­dur?

37:154

مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ﴿١٥٤﴾

Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz?

37:155

أَفَلَا تَذَكَّرُونَ ﴿١٥٥﴾

Məgər düşünüb ibrət alma­ya­caqsınız?

37:156

أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ ﴿١٥٦﴾

Yoxsa sizin aydın bir dəliliniz vardır?

37:157

فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿١٥٧﴾

Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin!

37:158

وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ﴿١٥٨﴾

Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər.

37:159

سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿١٥٩﴾

Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.

37:160

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿١٦٠﴾

Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

37:161

فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ﴿١٦١﴾

Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

37:162

مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ ﴿١٦٢﴾

heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz.

37:163

إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ﴿١٦٣﴾

Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa.

37:164

وَمَامِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ ﴿١٦٤﴾

Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır.

37:165

وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ﴿١٦٥﴾

Həqiqətən, biz səf-səf dururuq.

37:166

وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ﴿١٦٦﴾

Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik”.

37:167

وَإِن كَانُواْ لَيَقُولُونَ ﴿١٦٧﴾

Müşriklər deyirdilər:

37:168

لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ ﴿١٦٨﴾

“Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı,

37:169

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ﴿١٦٩﴾

biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq”.

37:170

فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿١٧٠﴾

Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər.

37:171

وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ﴿١٧١﴾

Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi:

37:172

إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ﴿١٧٢﴾

“Həqiqətən, onlara kö­mək gös­tə­riləcək.

37:173

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ﴿١٧٣﴾

Bizim ordumuz mütləq qalib gələcək”.

37:174

فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ ﴿١٧٤﴾

Sən bir müddət onlar­dan üz çe­vir!

37:175

وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ﴿١٧٥﴾

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.

37:176

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ﴿١٧٦﴾

Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər?

37:177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ﴿١٧٧﴾

Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq!

37:178

وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ ﴿١٧٨﴾

Sən bir müddət onlar­dan üz çe­vir!

37:179

وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ ﴿١٧٩﴾

Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.

37:180

سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ﴿١٨٠﴾

Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır.

37:181

وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ ﴿١٨١﴾

Elçilərə salam olsun!

37:182

وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿١٨٢﴾

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!