quranm◉

Surə Al-Mutaffifin المطففين

#
83
↓
M
Ayə
36
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

83:1

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ ﴿١﴾

Çəkidə və ölçüdə alda­dan­ların vay halına!

83:2

ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ ﴿٢﴾

O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər,

83:3

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ ﴿٣﴾

onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar.

83:4

أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ ﴿٤﴾

Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi?!

83:5

لِيَوۡمٍ عَظِيمٖ ﴿٥﴾

Özü də əzəmətli bir gün­də.

83:6

يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ﴿٦﴾

O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar.

83:7

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ ﴿٧﴾

Xeyr! Həqiqətən, günah­karların kitabı Siccin­dədir.

83:8

وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ ﴿٨﴾

Sən haradan biləsən ki, Siccin nədir?!

83:9

كِتَٰبٞ مَّرۡقُومٞ ﴿٩﴾

O, yazılı bir kitabdır!

83:10

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿١٠﴾

O gün haqqı yalan hesab edən­lərin vay halına!

83:11

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ ﴿١١﴾

O kəslər ki, Din gü­nünü yalan hesab edir­lər.

83:12

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ ﴿١٢﴾

Amma bunu, həddini aşan gü­nahkardan başqa, heç kəs ya­lan hesab etməz.

83:13

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿١٣﴾

Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdə­kilə­rin uy­dur­duğu əfsanə­lər­dir!”– deyir.

83:14

كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿١٤﴾

Xeyr! Onların qəlbini qa­zan­dıq­ları günahlar bürü­müş­dür.

83:15

كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ ﴿١٥﴾

Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

83:16

ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ ﴿١٦﴾

Sonra onlar Cəhənnəmə girə­cəklər.

83:17

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿١٧﴾

Sonra onlara deyiləcək: “Bu­dur sizin yalan hesab et­di­yi­niz Cə­hən­nəm!”

83:18

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ ﴿١٨﴾

Xeyr! Həqiqətən, yaxşıların ki­tabı İlliyyun­dadır!

83:19

وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ ﴿١٩﴾

Sən haradan biləsən ki, İlliyyun nədir?!

83:20

كِتَٰبٞ مَّرۡقُومٞ ﴿٢٠﴾

O, elə bir yazılı kitabdır ki,

83:21

يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ ﴿٢١﴾

onu yalnız Allaha yaxın olanlar görürlər!

83:22

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ ﴿٢٢﴾

Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar.

83:23

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ ﴿٢٣﴾

Onlar taxtlar üstündə sey­rə dala­caqlar.

83:24

تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ ﴿٢٤﴾

Sən onların üzündə səadət parlaqlığı görəcəksən.

83:25

يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ ﴿٢٥﴾

Onlara möhürlü şərab­dan içirdi­ləcək.

83:26

خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ ﴿٢٦﴾

Onun möhürü müşk­dür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!

83:27

وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ ﴿٢٧﴾

Onun qatışığı təsnim bula­ğın­dandır.

83:28

عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ ﴿٢٨﴾

O təsnim elə bir bulaqdır ki, on­dan Allaha ya­xın olanlar içər­lər.

83:29

إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ ﴿٢٩﴾

Doğrudan da, günahkarlar iman gətirənlərə gü­lür­dülər,

83:30

وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ ﴿٣٠﴾

onların yanından keç­dik­də bir-birinə qaş-göz edirdilər,

83:31

وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ ﴿٣١﴾

öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar,

83:32

وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ ﴿٣٢﴾

möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar az­mış­­lardır!”

83:33

وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ ﴿٣٣﴾

Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər.

83:34

فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ ﴿٣٤﴾

Bu gün isə iman gə­ti­rənlər ka­firlərə güləcəklər.

83:35

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ ﴿٣٥﴾

Onlar taxtlar üstündə baxa­caqlar.

83:36

هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ ﴿٣٦﴾

Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı?!