quranm◉

Surə Al-Buruj البروج

#
85
↓
M
Ayə
22
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

85:1

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ﴿١﴾

And olsun bürclü göyə!

85:2

وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ﴿٢﴾

And olsun vədə verilmiş günə!

85:3

وَشَاهِدٖ وَمَشۡهُودٖ ﴿٣﴾

And olsun şahidlik edənə və edi­lənə!

85:4

قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ﴿٤﴾

Məhv olsun xəndək sahibləri!

85:5

ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ﴿٥﴾

Odunla alovlandırılmış xəndəklər.

85:6

إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ ﴿٦﴾

Onlar o xəndəklərin başında otu­rub,

85:7

وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ ﴿٧﴾

möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər.

85:8

وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿٨﴾

Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar.

85:9

ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿٩﴾

Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir.

85:10

إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ﴿١٠﴾

O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır.

85:11

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ﴿١١﴾

Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir.

85:12

إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ﴿١٢﴾

Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir!

85:13

إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ﴿١٣﴾

Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir!

85:14

وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ﴿١٤﴾

Bağışlayan da, Sevən də Odur!

85:15

ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ﴿١٥﴾

Ərşin sahibidir, Şan-şöh­rətlidir!

85:16

فَعَّالٞ لِّمَا يُرِيدُ ﴿١٦﴾

İstədiyini edəndir.

85:17

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ﴿١٧﴾

Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı?

85:18

فِرۡعَوۡنَ وَثَمُودَ ﴿١٨﴾

Firon və Səmud qoşun­la­rının.

85:19

بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ ﴿١٩﴾

Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.

85:20

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ﴿٢٠﴾

Allah onları arxadan əha­tə et­mişdir.

85:21

بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ ﴿٢١﴾

Bəli, bu şanlı Qurandır.

85:22

فِي لَوۡحٖ مَّحۡفُوظِۭ ﴿٢٢﴾

O, mühafizə edilən löv­hədədir.