quranm◉

Surə At-Tariq الطارق

#
86
↓
M
Ayə
17
Tərcümə
Alikhan Musayev

◉

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

86:1

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿١﴾

And olsun səmaya və ge­cə yolçu­suna!

86:2

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿٢﴾

Sən nə bilirsən ki, gecə yolçusu nədir?

86:3

ٱلنَّجۡمُ ٱلثَّاقِبُ ﴿٣﴾

Bu, qaranlıqları dəlib ke­çən ul­duz­dur.

86:4

إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ ﴿٤﴾

Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olma­sın!

86:5

فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ ﴿٥﴾

Qoy insan nədən yara­dıl­dığına bir baxsın!

86:6

خُلِقَ مِن مَّآءٖ دَافِقٖ ﴿٦﴾

İnsan axıdılan nütfədən yaradıl­mışdır.

86:7

يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ﴿٧﴾

Bu nütfə bel və köks sü­mükləri arasından çıxır.

86:8

إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ ﴿٨﴾

Şübhəsiz ki, Allah onu di­rildib qay­tarmağa qadirdir.

86:9

يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ ﴿٩﴾

Sirlərin sınaqdan keçiri­lə­cəyi gün,

86:10

فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ ﴿١٠﴾

onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

86:11

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ ﴿١١﴾

And olsun yağmurla qa­yıdan göyə!

86:12

وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ﴿١٢﴾

And olsun növbənöv bit­kilərlə ya­rılan yerə!

86:13

إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ ﴿١٣﴾

Həqiqətən, bu, haqqı ba­tildən ayırd edən bir kə­lamdır.

86:14

وَمَا هُوَ بِٱلۡهَزۡلِ ﴿١٤﴾

O, əyləncə də deyil.

86:15

إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا ﴿١٥﴾

Həqiqətən, kafirlər hiylə qururlar.

86:16

وَأَكِيدُ كَيۡدٗا ﴿١٦﴾

Mən də hiylə qururam.

86:17

فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ﴿١٧﴾

Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.