quranm◉

Surə Yunus 10:71

۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ ﴿٧١﴾

◉

Tərcümə

Onlara Nuhun əh­vala­tı­nı oxu. Bir zaman o, öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət ver­məyin.
— Alikhan Musayev
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞