quranm◉

Surə Hud 11:84

۞وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٖ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ مُّحِيطٖ ﴿٨٤﴾

◉

Tərcümə

Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Ölçünü və çə­kini əs­kiltmə­yin. Mən sizi bol­­luq için­də görü­rəm və qor­xu­ram ki, başınıza hər şeyi bü­rü­yən gü­­nün əzabı gələ.
— Alikhan Musayev
Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!
— Azerbaijani

◉ Surə · ∞