quranm◉

Surə Yusuf 12:23

وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿٢٣﴾

◉

Tərcümə

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi.
— Alikhan Musayev
Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞