quranm◉

Surə Ar-Ra'd 13:16

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ قُلِ ٱللَّهُۚ قُلۡ أَفَٱتَّخَذۡتُم مِّن دُونِهِۦٓ أَوۡلِيَآءَ لَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ نَفۡعٗا وَلَا ضَرّٗاۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ أَمۡ هَلۡ تَسۡتَوِي ٱلظُّلُمَٰتُ وَٱلنُّورُۗ أَمۡ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلۡقِهِۦ فَتَشَٰبَهَ ٱلۡخَلۡقُ عَلَيۡهِمۡۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖ وَهُوَ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّـٰرُ ﴿١٦﴾

◉

Tərcümə

De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”.
— Alikhan Musayev
(Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mö’min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)”
— Azerbaijani

◉ Surə · ∞