quranm◉

Surə Ar-Ra'd 13:18

لِلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمُ ٱلۡحُسۡنَىٰۚ وَٱلَّذِينَ لَمۡ يَسۡتَجِيبُواْ لَهُۥ لَوۡ أَنَّ لَهُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦٓۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ سُوٓءُ ٱلۡحِسَابِ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمِهَادُ ﴿١٨﴾

◉

Tərcümə

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır!
— Alikhan Musayev
Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl ne’mət (Cənnət) gözləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!
— Azerbaijani

◉ Surə · ∞