quranm◉

Surə An-Nahl 16:103

وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ ﴿١٠٣﴾

◉

Tərcümə

Biz onların: “Quranı ona bir in­san öyrədir!”– de­dik­lə­ri­ni bi­lirik. Onla­rın istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu isə açıq-aydın ərəb dilidir.
— Alikhan Musayev
Biz (müşriklərin): “(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani–Farsi) öyrədir!” – dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞