quranm◉

Surə Al-Kahf 18:49

وَوُضِعَ ٱلۡكِتَٰبُ فَتَرَى ٱلۡمُجۡرِمِينَ مُشۡفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيۡلَتَنَا مَالِ هَٰذَا ٱلۡكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةٗ وَلَا كَبِيرَةً إِلَّآ أَحۡصَىٰهَاۚ وَوَجَدُواْ مَا عَمِلُواْ حَاضِرٗاۗ وَلَا يَظۡلِمُ رَبُّكَ أَحَدٗا ﴿٤٩﴾

◉

Tərcümə

Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz!
— Alikhan Musayev
(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞