quranm◉

Surə Al-Kahf 18:77

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهۡلَ قَرۡيَةٍ ٱسۡتَطۡعَمَآ أَهۡلَهَا فَأَبَوۡاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارٗا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوۡ شِئۡتَ لَتَّخَذۡتَ عَلَيۡهِ أَجۡرٗا ﴿٧٧﴾

◉

Tərcümə

Yenə yola düzəldilər. Nə­ha­yət, bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeməyə bir şey istədi­lər. Camaat onları ye­məyə qo­naq etmək istəmədi. Onlar orada da­ğılmaq istəyən bir di­var gör­dü­lər. Xızır onu dü­zəlt­di. Musa dedi: “Əgər is­tə­səy­din, bunun mü­qa­bilində zəhmət haqqı alardın”.
— Alikhan Musayev
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın. . .”
— Azerbaijani

◉ Surə · ∞