quranm◉

Surə Maryam 19:58

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَـٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ﴿٥٨﴾

◉

Tərcümə

Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır.
— Alikhan Musayev
Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir].
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞