quranm◉

Surə Al-Baqarah 2:178

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِصَاصُ فِي ٱلۡقَتۡلَىۖ ٱلۡحُرُّ بِٱلۡحُرِّ وَٱلۡعَبۡدُ بِٱلۡعَبۡدِ وَٱلۡأُنثَىٰ بِٱلۡأُنثَىٰۚ فَمَنۡ عُفِيَ لَهُۥ مِنۡ أَخِيهِ شَيۡءٞ فَٱتِّبَاعُۢ بِٱلۡمَعۡرُوفِ وَأَدَآءٌ إِلَيۡهِ بِإِحۡسَٰنٖۗ ذَٰلِكَ تَخۡفِيفٞ مِّن رَّبِّكُمۡ وَرَحۡمَةٞۗ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ﴿١٧٨﴾

◉

Tərcümə

Ey iman gətirənlər! Öl­dü­­rülən­lərə görə qisas almaq sizə va­­cib edildi. Odur ki, azad kəsə gö­rə azad olandan, köləyə görə kö­­lədən, qa­dına görə qadın­dan qi­sas alın! Əgər qatil öldürdüyü qar­daşının varis­lə­ri tərəfindən qan­­bahası müqa­bilində bir şeylə əfv edil­sə, on­da varislər onunla in­saf­la dav­ran­ma­lı, qatil də, qanbahasını gö­zəl tərzdə ödə­mə­li­dir. Bu, Rəb­bi­niz tərə­findən bir yün­güllük və mərhə­mət­dir. Bun­dan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab var­dır.
— Alikhan Musayev
Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞