quranm◉

Surə Al-Baqarah 2:185

شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿١٨٥﴾

◉

Tərcümə

İnsan­lara doğru yolu gös­­tərən, bu yolun və haqqı ba­tildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran rama­zan ayında na­zil edilmişdir. Qoy sizlər­dən bu aya yetişən kəslər həmin ayı oruc tut­sun. Xəstə və ya səfərdə olanlar isə başqa gün­lərdə eyni sayda oruc tutmalıdırlar. Allah si­zin üçün çə­tin­lik istəmir, əksinə, asanlıq istə­yir. Allah istəyir ki, siz müd­dəti (burax­dığınız gün­lərin orucu­nu) ta­­mam­la­ya­sınız və sizi doğru yola yö­nəlt­diyinə görə Onu uca tutasınız. Bəl­kə şükür edə­siniz.
— Alikhan Musayev
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) tə’zim və şükür edəsiniz.
— Azerbaijani

◉ Surə · ∞