quranm◉

Surə Al-Baqarah 2:187

أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ ﴿١٨٧﴾

◉

Tərcümə

Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə ha­lal edil­di. On­lar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecə­lə­rində qadınlarınızla yaxın­lıq etməklə özü­nüzə xəya­nət etdiyinizi bildi və töv­bə­nizi qəbul edib sizi ba­ğış­ladı. Artıq on­lara ya­xınlaşın və Allahın si­zin üçün əzəldən müəyyən et­di­yini­ istəyin. Dan ye­ri sö­küləndə, ağ sapın qara sap­dan se­çi­ldiyi sizə aydın ola­na­dək yeyin-için. Sonra gecəyə­dək oru­cunuzu ta­­mam­layın. Məs­cid­lərdə eti­kaf­da ol­du­ğunuz zaman on­larla ya­xın­lıq etmə­yin. Bun­lar Allahın qoy­du­ğu hüdud­lardır, onlara yaxınlaş­mayın! Allah Öz ayə­lərini in­san­lara belə bəyan edir ki, bəlkə On­dan qorxalar.
— Alikhan Musayev
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞