quranm◉

Surə Al-Baqarah 2:217

يَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿٢١٧﴾

◉

Tərcümə

Səndən haram ayında vu­ruş­maq barəsində so­ru­şur­lar. De: “Bu ayda vu­ruşmaq böyük gü­nah­dır. Lakin insan­ları Allah yo­lun­dan sapdır­maq, Ona küfr etmək, müsəlmanları Məs­ci­dulha­ra­m­a bu­raxmamaq və onun sa­kin­lərini ora­dan çı­xart­maq Allah ya­nında daha bö­yük günahdır. Fitnə isə qətl­dən də bö­yük gü­nahdır.” Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər. Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölərsə, onların əməlləri dünyada və axi­rətdə puça çı­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və onlar orada əbədi qala­caq­lar.
— Alikhan Musayev
(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞