quranm◉

Surə Al-Baqarah 2:231

وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿٢٣١﴾

◉

Tərcümə

Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir.
— Alikhan Musayev
Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
— Azerbaijani

◉ Surə · ∞