quranm◉

Surə Al-Baqarah 2:233

۞وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿٢٣٣﴾

◉

Tərcümə

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür.
— Alikhan Musayev
Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞