quranm◉

Surə Al-Baqarah 2:246

أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ ﴿٢٤٦﴾

◉

Tərcümə

Musadan sonra İsrail oğul­­ların­dan olan əyanların ba­­şına gə­lən­ləri bil­mirsən­mi? O za­man onlar özlərinə göndərilmiş pey­ğəm­bər­ə dedilər: “Bizə bir hökm­dar tə­yin et ki, Allah yo­lunda döyü­şək!” O dedi: “Si­zə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədi­niz?” On­lar de­di­lər: “Niyə Allah yo­lunda döyüşməyək ki, biz yur­du­muz­dan çı­xarıldıq, öv­lad­ları­mız­dan ayrıldıq?!” Döyüşmək on­lara vacib edildikdə isə on­lar­dan az bir qis­mi is­tisna ol­maq­la hamı­sı dö­yüş­dən üz çevir­di. Allah za­lımları yaxşı tanıyır.
— Alikhan Musayev
(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” - dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞