quranm◉

Surə Al-Baqarah 2:249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿٢٤٩﴾

◉

Tərcümə

Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir.
— Alikhan Musayev
Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞