quranm◉

Surə Al-Baqarah 2:255 – Ayat al-Kursi

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿٢٥٥﴾

◉

Tərcümə

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.
— Alikhan Musayev
Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞