quranm◉

Mövzular · az

481 Ayə · Mövzular · az

Al-Baqarah 2:21

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿٢١﴾

Ey insanlar! Sizi və siz­dən əvvəlkiləri yaratmış Rəb­bi­nizə iba­dət edin ki, bəlkə On­dan qorxasınız.

Al-Baqarah 2:22

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿٢٢﴾

O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göy­dən su endirib onunla si­zin üçün növbə­növ məhsullar­dan ruzi ye­tiş­di­rdi. Siz də bu­nu bil­di­yiniz halda heç kəsi Allaha tay tut­ma­yın.

Al-Baqarah 2:23

وَإِن كُنتُمۡ فِي رَيۡبٖ مِّمَّا نَزَّلۡنَا عَلَىٰ عَبۡدِنَا فَأۡتُواْ بِسُورَةٖ مِّن مِّثۡلِهِۦ وَٱدۡعُواْ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿٢٣﴾

Əgər qulumuza nazil et­di­yi­mizə şübhə edirsinizsə, on­da ona bən­zər bir surə gətirin və əgər doğru de­yirsiniz­sə, Allah­dan sava­yı bü­tün şahidlə­rinizi kö­məyə çağı­rın!

Al-Baqarah 2:24

فَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ﴿٢٤﴾

Əgər siz bunu edə bil­mir­siniz­sə, – heç edə də bil­məz­­si­niz – onda yanacağı insanlar­dan və daşlardan olan, kafirlər üçün ha­­zır­lanmış oddan çəki­nin.

Al-Baqarah 2:163

وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿١٦٣﴾

Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir.

Al-Baqarah 2:164

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿١٦٤﴾

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır.

Al-Baqarah 2:255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿٢٥٥﴾

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.

Ali 'Imran 3:2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُ ﴿٢﴾

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­di Ya­şa­yandır, bü­tün yara­dı­lanların Qəy­­yu­mudur.

Ali 'Imran 3:3

نَزَّلَ عَلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَأَنزَلَ ٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ ﴿٣﴾

O bu Kitabı sənə özündən əvvəlkiləri təsdiq­ləyən, həm də, haqq ola­raq nazil et­di. Tövratı və İncili də, O nazil etdi –

Ali 'Imran 3:4

مِن قَبۡلُ هُدٗى لِّلنَّاسِ وَأَنزَلَ ٱلۡفُرۡقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۗ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ ﴿٤﴾

daha əvvəllər insanlara doğ­­­ru yo­lu göstərən rəhbər ol­maq üçün. Furqa­nı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayə­lərinə küfr edənlər üçün şid­dətli bir əzab vardır. Allah qüd­rətlidir, in­ti­qam al­mağa qa­dirdir.

Ali 'Imran 3:5

إِنَّ ٱللَّهَ لَا يَخۡفَىٰ عَلَيۡهِ شَيۡءٞ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ ﴿٥﴾

Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz.

Ali 'Imran 3:6

هُوَ ٱلَّذِي يُصَوِّرُكُمۡ فِي ٱلۡأَرۡحَامِ كَيۡفَ يَشَآءُۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿٦﴾

Bətnlərdə sizə istədiyi su­rəti ve­rən Odur. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Qüd­rət­lidir, Hikmət sahibidir.

Ali 'Imran 3:26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلۡمُلۡكِ تُؤۡتِي ٱلۡمُلۡكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلۡمُلۡكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُۖ بِيَدِكَ ٱلۡخَيۡرُۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿٢٦﴾

De: “Ey mülkün sahibi olan Alla­hım! Sən mülkü istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan; istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Hə­qi­qə­tən, Sən hər şeyə qadirsən.

Ali 'Imran 3:27

تُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۖ وَتُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَتُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّۖ وَتَرۡزُقُ مَن تَشَآءُ بِغَيۡرِ حِسَابٖ ﴿٢٧﴾

Sən gecəni gündüzə qatır, gün­düzü isə gecəyə qatır­san. Ölü­­dən diri çı­xarır, di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kəsə he­sab­sız ruzi ve­rir­sən.”

An-Nisa 4:1

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَخَلَقَ مِنۡهَا زَوۡجَهَا وَبَثَّ مِنۡهُمَا رِجَالٗا كَثِيرٗا وَنِسَآءٗۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِي تَسَآءَلُونَ بِهِۦ وَٱلۡأَرۡحَامَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيۡكُمۡ رَقِيبٗا ﴿١﴾

Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, ondan zöv­cəsini ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şey­lər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir.

An-Nisa 4:131

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا ﴿١٣١﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir.

An-Nisa 4:132

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ﴿١٣٢﴾

Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər.

An-Nisa 4:133

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا ﴿١٣٣﴾

Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir.

An-Nisa 4:134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا ﴿١٣٤﴾

Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir.

Al-An'am 6:1

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ ﴿١﴾

Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar.

Al-An'am 6:2

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ ﴿٢﴾

Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz.

Al-An'am 6:3

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ ﴿٣﴾

O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir.

Al-An'am 6:4

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿٤﴾

Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çe­vir­məsinlər.

Al-An'am 6:5

فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿٥﴾

Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza et­dik­lə­ri şe­yin xəbəri onlara tezliklə ça­ta­caqdır.

Al-An'am 6:12

قُل لِّمَن مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُل لِّلَّهِۚ كَتَبَ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۚ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿١٢﴾

De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Alla­ha məx­sus­dur!” Allah Özü­­nə rəhmli olmağı yaz­mış­­­dır. Gə­­lə­cə­yinə şübhə edilməyən Qiya­mət günündə sizi O top­la­­yacaqdır. Öz­lə­ri­ni zi­yana uğ­ra­danlar iman gətir­məz­lər.

Al-An'am 6:13

۞وَلَهُۥ مَا سَكَنَ فِي ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿١٣﴾

Gecə və gündüzdə sü­kunət için­də olanların ha­mısı Ona məx­susdur. O, Eşidəndir, Bi­ləndir.

Al-An'am 6:59

۞وَعِندَهُۥ مَفَاتِحُ ٱلۡغَيۡبِ لَا يَعۡلَمُهَآ إِلَّا هُوَۚ وَيَعۡلَمُ مَا فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۚ وَمَا تَسۡقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعۡلَمُهَا وَلَا حَبَّةٖ فِي ظُلُمَٰتِ ٱلۡأَرۡضِ وَلَا رَطۡبٖ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٖ ﴿٥٩﴾

Qeybin açarları Onun ya­nında­dır, Onları yalnız O bilir. O, quruda və də­nizdə nə­lər ol­duğunu bilir. Onun xə­bəri ol­madan ye­rə düşən bir yarpaq be­lə yoxdur. Yerin qaranlıq­la­rında elə bir to­xum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuzda) olmasın.

Al-An'am 6:60

وَهُوَ ٱلَّذِي يَتَوَفَّىٰكُم بِٱلَّيۡلِ وَيَعۡلَمُ مَا جَرَحۡتُم بِٱلنَّهَارِ ثُمَّ يَبۡعَثُكُمۡ فِيهِ لِيُقۡضَىٰٓ أَجَلٞ مُّسَمّٗىۖ ثُمَّ إِلَيۡهِ مَرۡجِعُكُمۡ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٦٠﴾

Gecələr sizi yatızdıran, gün­düz­lər isə nələr etdiyinizi bilən Odur. Son­ra O, sizi sə­hər­lər oya­dır ki, müəyyən olun­muş əcə­liniz gəlib çatsın. Son­ra isə dönü­şünüz Ona ola­caq. O, nə etdiklə­ri­niz ba­rədə sizə xəbər verəcək­dir.

Al-An'am 6:61

وَهُوَ ٱلۡقَاهِرُ فَوۡقَ عِبَادِهِۦۖ وَيُرۡسِلُ عَلَيۡكُمۡ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ تَوَفَّتۡهُ رُسُلُنَا وَهُمۡ لَا يُفَرِّطُونَ ﴿٦١﴾

O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir. Nəha­yət sizlərdən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər.

Al-An'am 6:62

ثُمَّ رُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۚ أَلَا لَهُ ٱلۡحُكۡمُ وَهُوَ أَسۡرَعُ ٱلۡحَٰسِبِينَ ﴿٦٢﴾

Sonra onlar öz­lə­rinin hə­qiqi Hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Hökm yalnız Ona məx­susdur və O, ən tez haqq-hesab çəkən­dir.

Al-An'am 6:73

وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ وَيَوۡمَ يَقُولُ كُن فَيَكُونُۚ قَوۡلُهُ ٱلۡحَقُّۚ وَلَهُ ٱلۡمُلۡكُ يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡخَبِيرُ ﴿٧٣﴾

Göyləri və yeri haqq ola­­raq xəlq edən Odur. O: “Ol!”– de­di­yi gün hər şey olar. Onun Sözü haq­dır. Sur üfürü­lə­cə­yi gün hökm yalnız Ona məxsus ola­caq­dır. Qeybi və aşkarı Bi­lən də Odur. O, Hikmət sahibidir, hər şeydən Xəbər­dardır.

Al-An'am 6:95

۞إِنَّ ٱللَّهَ فَالِقُ ٱلۡحَبِّ وَٱلنَّوَىٰۖ يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَمُخۡرِجُ ٱلۡمَيِّتِ مِنَ ٱلۡحَيِّۚ ذَٰلِكُمُ ٱللَّهُۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿٩٥﴾

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz!

Al-An'am 6:96

فَالِقُ ٱلۡإِصۡبَاحِ وَجَعَلَ ٱلَّيۡلَ سَكَنٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ حُسۡبَانٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ﴿٩٦﴾

Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün he­sablama ölçüsü etdi. Bu, Qüdrətli və Bi­lən Alla­hın mü­əyyən etdiyi hökmdür.

Al-An'am 6:97

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهۡتَدُواْ بِهَا فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿٩٧﴾

Qurunun və dənizin qa­ran­lıq­la­rında yolu tapa bilə­si­niz de­yə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayə­ləri bilən bir qövmə izah etdik.

Al-An'am 6:98

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ فَمُسۡتَقَرّٞ وَمُسۡتَوۡدَعٞۗ قَدۡ فَصَّلۡنَا ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَفۡقَهُونَ ﴿٩٨﴾

Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.

Al-An'am 6:99

وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّـٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿٩٩﴾

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır.

Al-An'am 6:100

وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ ٱلۡجِنَّ وَخَلَقَهُمۡۖ وَخَرَقُواْ لَهُۥ بَنِينَ وَبَنَٰتِۭ بِغَيۡرِ عِلۡمٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ ﴿١٠٠﴾

Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır.

Al-An'am 6:101

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٞ وَلَمۡ تَكُن لَّهُۥ صَٰحِبَةٞۖ وَخَلَقَ كُلَّ شَيۡءٖۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿١٠١﴾

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olma­dığı hal­da övladı necə ola bi­lər? Hər şeyi O xəlq etmiş­dir. O, hər şeyi bi­lir.

Al-An'am 6:102

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ﴿١٠٢﴾

Budur sizin Rəb­bi­niz olan Allah. On­dan başqa iba­də­tə layiq olan məbud yoxdur. Hər şeyin Ya­ra­dıcısı Allahdır! Elə isə Ona iba­dət edin! O, hər şeyi Qo­ruyandır.

Al-An'am 6:103

لَّا تُدۡرِكُهُ ٱلۡأَبۡصَٰرُ وَهُوَ يُدۡرِكُ ٱلۡأَبۡصَٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ﴿١٠٣﴾

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lə­tifdir, hər şeydən Xəbərdardır.

Al-An'am 6:104

قَدۡ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمۡۖ فَمَنۡ أَبۡصَرَ فَلِنَفۡسِهِۦۖ وَمَنۡ عَمِيَ فَعَلَيۡهَاۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ ﴿١٠٤﴾

De: “Rəbbinizdən sizə göz qa­ba­ğında olan dəlillər gəl­miş­dir. Kim on­la­rı görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstü­nüzdə gözətçi deyiləm”.

Al-A'raf 7:54

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿٥٤﴾

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

Al-A'raf 7:55

ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿٥٥﴾

Rəbbinizə acizanə, həm də giz­li­cə dua edin! Şübhəsiz ki, O, həddi aşan­ları sevmir.

Al-A'raf 7:56

وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ ﴿٥٦﴾

Yer üzü islah olunduq­dan sonra, orada fəsad törət­mə­yin. Alla­ha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mər­həməti yaxşılıq edənlərə yaxındır.

Al-A'raf 7:57

وَهُوَ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتۡ سَحَابٗا ثِقَالٗا سُقۡنَٰهُ لِبَلَدٖ مَّيِّتٖ فَأَنزَلۡنَا بِهِ ٱلۡمَآءَ فَأَخۡرَجۡنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِۚ كَذَٰلِكَ نُخۡرِجُ ٱلۡمَوۡتَىٰ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿٥٧﴾

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müj­dəçi ola­raq göndərən Odur. Nə­ha­yət, o küləklər ağır bulud­ları daşıyar­kən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur en­di­­rir və bu­nun vasi­təsi ilə hər cür meyvə yetişdi­ri­rik. Biz ölüləri də belə diril­də­cə­yik. Bəlkə, düşünüb ibrət alasınız.

Yunus 10:3

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُدَبِّرُ ٱلۡأَمۡرَۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعۡدِ إِذۡنِهِۦۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ أَفَلَا تَذَكَّرُونَ ﴿٣﴾

Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, son­ra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız?

Yunus 10:4

إِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ ﴿٤﴾

Ha­mı­nı­zın dönüşü Ona­dır. Bu, Allahın haqq olan və­didir. O, məx­luqu ilk də­fə ya­radır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməl­lər edən­ləri əda­lətlə müka­fat­landırsın. Ka­firlərə gə­lin­cə, küfr etdiklə­rinə görə on­lar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazır­lan­mışdır.

Yunus 10:5

هُوَ ٱلَّذِي جَعَلَ ٱلشَّمۡسَ ضِيَآءٗ وَٱلۡقَمَرَ نُورٗا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلۡحَقِّۚ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿٥﴾

Günəşi işıqlı, ayı nurlu edən, il­lə­rin sayını və hesabı bi­ləsiniz de­yə ona mənzillər (səf­hələr) müəy­yən edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən adam­lara belə izah edir.

Yunus 10:6

إِنَّ فِي ٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَّقُونَ ﴿٦﴾

Doğrudan da, gecə ilə gün­düzün bir-birini əvəz etməsin­də, Allahın göylərdə və yerdə yarat­dıqlarında Allahdan qor­xan adam­lar üçün dəlillər var­dır.

Mövzular