quranm◉

Mövzular · az

61 Ayə · Mövzular · az

Al-Fatihah 1:1

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿١﴾

Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə!

Al-Fatihah 1:2

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿٢﴾

Həmd, aləmlərin Rəb­bi Allaha məxsudur –

Al-Fatihah 1:3

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿٣﴾

Mərhəmətli və Rəhmliyə,

Al-Fatihah 1:4

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ ﴿٤﴾

Din gününün Hökm­da­rına!

Al-Fatihah 1:5

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ ﴿٥﴾

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək dilə­yi­rik.

Al-Fatihah 1:6

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ﴿٦﴾

Bizi doğru yola yönəlt –

Al-Fatihah 1:7

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ ﴿٧﴾

nemət bəxş etdiyin şəxs­lə­rin yolu­na, qəzəbə uğramış­la­rın və az­mışların yoluna yox!

Al-Baqarah 2:2

ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ ﴿٢﴾

Bu, qətiyyən şübhə do­ğur­ma­­yan, müttəqilərə doğru yol gös­tə­rən bir Ki­tabdır.

Al-Baqarah 2:3

ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿٣﴾

O kəslər ki, qeybə iman gə­­tirir, namaz qılır və Bizim on­­lara ver­diyi­miz ruzidən Allah yolunda xərcləyir­lər;

Al-Baqarah 2:4

وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ﴿٤﴾

O kəslər ki, sənə nazil ola­na və səndən əvvəl nazil olan­lara iman gəti­rir, axirətə də yə­qin­lik­lə inanır­lar.

Al-Baqarah 2:5

أُوْلَـٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿٥﴾

Onlar öz Rəbbindən gələn doğru yol üzərindədirlər. Məhz onlar ni­cat tapan­lar­dır.

Al-Baqarah 2:163

وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿١٦٣﴾

Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir.

Al-Baqarah 2:164

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿١٦٤﴾

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır.

Al-Baqarah 2:255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ﴿٢٥٥﴾

Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.

Al-Baqarah 2:285

ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ ﴿٢٨٥﴾

Allahın rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!” Həmçinin, de­dilər: “Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!”

Al-Baqarah 2:286

لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ﴿٢٨٦﴾

Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”

Ali 'Imran 3:18

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَـٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿١٨﴾

Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.

Al-A'raf 7:54

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿٥٤﴾

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

Al-A'raf 7:55

ٱدۡعُواْ رَبَّكُمۡ تَضَرُّعٗا وَخُفۡيَةًۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿٥٥﴾

Rəbbinizə acizanə, həm də giz­li­cə dua edin! Şübhəsiz ki, O, həddi aşan­ları sevmir.

Al-A'raf 7:56

وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَا وَٱدۡعُوهُ خَوۡفٗا وَطَمَعًاۚ إِنَّ رَحۡمَتَ ٱللَّهِ قَرِيبٞ مِّنَ ٱلۡمُحۡسِنِينَ ﴿٥٦﴾

Yer üzü islah olunduq­dan sonra, orada fəsad törət­mə­yin. Alla­ha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mər­həməti yaxşılıq edənlərə yaxındır.

Al-Mu'minun 23:115

أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ ﴿١١٥﴾

Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız?”

Al-Mu'minun 23:116

فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ ﴿١١٦﴾

Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir.

Al-Mu'minun 23:117

وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ﴿١١٧﴾

Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar!

Al-Mu'minun 23:118

وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّـٰحِمِينَ ﴿١١٨﴾

De: “Ey Rəbbim, ba­ğış­la və rəhm et! Sən rəhm edən­lə­rin ən yax­şı­sısan!”

As-Saffat 37:1

وَٱلصَّـٰٓفَّـٰتِ صَفّٗا ﴿١﴾

And olsun göylərdə və yer­də səf-səf duranlara,

As-Saffat 37:2

فَٱلزَّـٰجِرَٰتِ زَجۡرٗا ﴿٢﴾

imansızları qətiyyətlə qo­vanlara

As-Saffat 37:3

فَٱلتَّـٰلِيَٰتِ ذِكۡرًا ﴿٣﴾

və Zikri oxuyanlara!

As-Saffat 37:4

إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ ﴿٤﴾

Həqiqətən, sizin məbu­du­nuz Tək­dir!

As-Saffat 37:5

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ﴿٥﴾

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir.

As-Saffat 37:6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ﴿٦﴾

Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik

As-Saffat 37:7

وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ ﴿٧﴾

və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik.

As-Saffat 37:8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ ﴿٨﴾

Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar

As-Saffat 37:9

دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ ﴿٩﴾

və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir.

As-Saffat 37:10

إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ ﴿١٠﴾

Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər.

Ar-Rahman 55:33

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ ﴿٣٣﴾

Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hüdud­larını ya­rıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bi­lərsiniz.

Ar-Rahman 55:34

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٤﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Ar-Rahman 55:35

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ ﴿٣٥﴾

Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis və ya tüstü gön­də­ri­ləcək və siz bir-biri­ni­zə kömək edə bilməyə­cək­siniz.

Ar-Rahman 55:36

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٦﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

Al-Hashr 59:21

لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿٢١﴾

Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr.

Al-Hashr 59:22

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿٢٢﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir.

Al-Hashr 59:23

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ﴿٢٣﴾

O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır.

Al-Hashr 59:24

هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿٢٤﴾

O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.

Al-Qalam 68:51

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ ﴿٥١﴾

Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər.

Al-Qalam 68:52

وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿٥٢﴾

Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil.

Al-Jinn 72:3

وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا ﴿٣﴾

Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır.

Al-Ikhlas 112:1

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿١﴾

De: “O Allah Təkdir!

Al-Ikhlas 112:2

ٱللَّهُ ٱلصَّمَدُ ﴿٢﴾

Allah Möhtac deyildir.

Al-Ikhlas 112:3

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ﴿٣﴾

O, nə doğub, nə də doğulub,

Al-Ikhlas 112:4

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ ﴿٤﴾

Onun bənzəri də yox­dur”.

Mövzular