quranm◉

Surə Al-Baqarah 2:258

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿٢٥٨﴾

◉

Tərcümə

Allahın verdiyi haki­miy­yətə gö­rə, İbrahim ilə Rəbbi barə­sin­də höcət­lə­şən kəsi görmədinmi? İb­ra­him: “Mənim Rəb­bim həm dirildir, həm də öl­dürür!”– dedikdə, Nəmrud: “Mən də, həm diril­dir, həm də öldürü­rəm!”– de­miş­di. İbrahim: “Allah gü­nə­şi məş­riq­dən gətirir. Sən də, onu məğ­rib­dən gə­tir!”– dedikdə, o ka­fir ça­şıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəlt­məz.
— Alikhan Musayev
(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞